“Lingvo” Tərcümə Mərkəzi 2009-cu ildə Bakı şəhərində təsis edilib, fəaliyyət göstərir. İlk vaxtlarda ingilis, rus, türk, ərəb, fars və alman dilləri üzrə tərcümə xidməti göstərən mərkəzimiz, qısa müddətdən sonra tərcümə etdiyi dillərin sayını 50-dək artırmışdır.Əldə etdiyimiz təcrübə, əlbəttə ki, öz-özünə baş verməmişdir. Çəkdiyimiz ağır zəhmət hesabına, çətinlikləri aradan qaldırmaqla, xüsusilə də əziz müştərilərin tələblərini yerinə yetirməklə əldə edilən təcrübəmizi yenidən sizin üçün səfərbər edirik.Vətəndaşların, müəssisələrin bizə olan etibarı əldə etdiyimiz ən böyük nailiyyətdir. Bu etibarı dayanmadan artırmaq qarşıya qoyduğumuz və planlı şəkildə həyata keçirdiyimiz əsas missiyalardan biridir. Vəzifə borcunu layiqincə yerinə yetirən əməkdaşlarımız, sizin də tərcümə sahəsində digərləri qarşısında özünə inamınızı artırır və özünüzdə əminlik hissi yaradır.
“Lingvo” Tərcümə Mərkəzinin müştəriləri sırasına həm vətəndaşlar, həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər, eləcə də nazirliklər, idarələr, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən iri müəssisələr, şirkətlər daxildir. Sənədlərini tərcümə etdiyimiz nazirlik, idarə və müəssisələrin sırasına ARDNŞ, DİN, FHN, XİN, Vergilər Nazirliyi, Atabank, Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku, Unibank, eləcə də Auditorlar Palatası, TÜSİAB, Deloitte, PrisewaterhouseCoopers, Baker Tilly və s. nazirlik, idarə və müəssisələr daxildir. Müştərilərimizin sırası keyfiyyətli tərcümə xidməti sayəsində hər gün genişlənir.“Lingvo” Tərcümə Mərkəzinin tərcümə portfelinə iri tender layihələri, müqavilələr, o cümlədən Nabucco, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi, Beynəlxalq Mühasibat Uçotu Standartları və s. daxildir.
Bizim əməkdaşlarımız “Lingvo” Tərcümə Mərkəzinin əldə etdiyi uğurların memarlarıdır. Tərcümə xidmətlərini ixtisaslaşmış, iki və daha artıq dili ana dili kimi bilən tərcüməçilər həyata keçirirlər. Onlar daim öz üzərlərində çalışır, “Lingvo” Tərcümə Mərkəzi isə, öz növbəsində, əməkdaşların ixtisas artımı ilə bağlı onların müxtəlif növ tədbirlərdə, treninqlərdə iştirakını təmin edir.Tərcümə edilən hüquqi, iqtisadi və digər mətnlər ixtisaslı əməkdaşlarımız tərəfindən redaktə edilərək müştərilərə təqdim edilir. Bundan başqa, vətəndaşların şəxsi sənədlərinin də yoxlanması və redaktəsi tərəfimizdən həyata keçirilir. Bununla da, “Lingvo” Tərcümə Mərkəzi sizi sənədlərinizdəki xətalardan sığortalayır.
Təsadüfi adamlara deyil, bu sahədə təcrübəli və peşəkar olan “Lingvo” Tərcümə Mərkəzinə müraciət edin ki, həm vaxtınıza qənaət edəsiniz, həm də əsəblərinizi qoruyasınız.