Lime Catering - professional iaşə xidmətləri göstərən şirkətdir və 2006-cı ildən biz öz xidmətlərimizi göstəririk. Bundan əlavə biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də göstəririk. Hal hazırda Lime catering şirkəti 2400 kv.m artıq olan müasir avadanlıq ilə təchiz olunmuş istehsalat sahəsinə malikdir. Mövcud olan infrastruktur, idarəetmə bacarığımız və insani resursları bizə imkan verir ki, 10000 nəfərdən artıq insana öz xidmətimizi göstərək. Bizim iaşə xidmətlərimiz üçün menyu müştərinin istəyi və arzusu əsasında hazırlanır. Biz öncə müştərinin qida və diyetik tələblərini öyrənib, sonra onların individual marağlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq. Bizim müştəri yönümlü işçi heyətimiz sizlərə öz xidmətlərini göstərməyə hazırdı. Biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də göstəririk.
Lime catering şirkətinin təklif etdiyi keyterinq - iaşə xidmətləri:
- Korporativ iaşə xidmətləri - Lime Catering şirkəti, korporativ qida və furşetlər təşkilinə dair öz professional xidmətini təklif edir.
- Korporativ tədbirlərin təşkili - Biz, hazırlanan yeməklərin yüksək keyfiyyətini, geniş assortiment və münasib qiymətlər qarantiya edirik.
- Kofe fasiləsi - Kofe-breyk menyusunda biz, keyfiyyətli şirniyyat, əla növ çay kofe və sular təklif edirik.
- Furşet təşkili - Təşkil edilməsinə dair məsləhətlər, menyu işlənib hazırlanması, avadanlıq və təchizatın verilməsi, xidmət edilməsi.
- Piknik təşkili - Tam piknik menyusunun hazırlanması və təşkili, avadanlıq və inventarların təmini təklif edirik.
- Uşaq bayramlarinin təşkili - Uşaqlar üçün xüsusi menyunun hazırlanmasında uşaqlara özəl indriqientlərin seçilməsi və cizgi film qəhrəmanları ilə bəzədilməsini təşkil edirik.
Lime catering şirkətinin fəaliyyəti
Lime catering 2006-cı ilin mart ayından fəaliyyətə başlayıb. 2007-ci ilin aprelindən başlayaraq Lime Catering öz yeməklərini və xidmətlərini ofislərə və mənzillərə çatdırmağa başladı. Biznesin effektivliyini (səmərəliliyini)artırmaq üçün maliyyə, ehtiyatların idarə edilməsi, tədarük, sifarişçi xidmətlərinin idarə edilməsi, kadrlarla iş və işçilərin stimullaşdırılması məsələləri üzrə korporativ standartlar tətbiq edilməyə başladı. Biz öncə müştərinin qida və diyetik tələblərini öyrənib, sonra onların individual marağlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq.
- Azərbaycan mətbəxi - dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. LimeCatering-də biz Sizlər üçün bizim Milli mətbəxi əks etdirən menyunları dadlı hazırlayıb təqdim edərik.
- Avropa mətbəxi - əsasən yüngül və təbii indriqientlərdən hazırlanır. Fransız mətbəxi Avropa mətbəxinin əsasını təşkil edir. Fransız mətbəxi yalnız Avropa kulinariya ənənələrinə deyil, həmçinin bir çox digər millətlərin adət-ənənələrnə də güclü təsir etmişdir. Avropa mətbəxi reseptlərinin əsasını tərəvəzlər təşkil edir. Bu fakt, həmçinin Avropa yeməklərinin faydaları haqqında danışır. Avropa aşpazlarının indriqient seçimində əsas prinsipi ilk növbədə məhsulun təravət və təbiiliyinin ön plana çıxmasıdır. Lime Catering-də Avropanın istənilən ölkənin menyusunu hazırlayıb sizlər üçün təqdim etmək imkanı var.
- Şərq mətbəxi - qədim ənənələrlə bağlılığı ilə seçilir. Xüsusi aromatların və ədviyyatların cazibəsi və zəngin dad xoş surpriz kimi hər an təəcübləndirir. Lime Catering-də şərq mətbəxindən istənilən menyunu hazırlayıb sizlər üçün təqdim etmək imkanı var.