Leylək uşaq bağçası xəritədə

Leylək uşaq bağçası

Bakı, Nəsimi rayonu, Əlimərdanbəy Topçubaşov küçəsi, 11 АZ1000 *** 7 səs

Leylək uşaq bağçası haqqında

"Leylək" körpələr-evi uşaq bağçası 2009-cu ildə fəaliyyətə başlayıb.Bağçada qruplar aşağıdakı kimi kompleksləşdirilir:

  • 6 ay-1 yaş- yasli qrupu (4-6 uşaq)
  • 1-2 yaşlılar - körpələr qrupu (6-8 uşaq)
  • 2-3 yaşlılar - kiçik qrup (10-12 uşaq)
  • 3-4 yaşlılar - orta qrup 12-15 uşaq
  • 4-5 yaşlılar - böyük qrup (14-16 uşaq)
  • 5-6 yaşlılar - məktəbə hazırlıq (16-18 uşaq)

İş rejimi –səhər 08:30-dan 18-30 dək,həftənin 5 günündür.Bağçada tərbiyə alacaq balalara Təhsil Nazirliyinin məktəbəqədər “tərbiyə-təlim” proqramı ilə yanaşı həm də “Addım-addım” texnologiyası və “Montissori” metodikasının elementlərindən də istifadə olunaraq məşğələlər tədris olunur.Bağçada uşaqların yaş səviyyəsi nəzərə alınaraq həftə ərzində müxtəlif dərs-məşğələlər tədris olunur.

Dərs məşğələlər

  • Ana dili,bədii oxu
  • Ətraf aləmlə(təbiətlə) və ictimai həyat hadisələri ilə tanışlıq
  • Riyaziyyat + məntiqi testlərlə iş
  • Təsviri sənət( rəsm,gil işi.applikasiya)
  • Quraşdırma
  • Musiqi ( mahnı,rəqs )
  • İdman (həftədə 2 dəfə)
  • Хаrici dil (ingilis- hər gün)
  • Savad təlimi ,oxu (məktəbə hazırlıq qrupunda)

Leylək uşaq bağçasında müxtəlif imkanlar

Həmçinin əlavə şahmat, bacarıqlı əllər, məntiq, giminastika, üzgüçülük dərnəkləri də fəaliyyət göstərir.Bağçada uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait-müasir avadanlıq,inkişafetdirici mühit,maraqlı oyun və oyuncaqlar, həmçinin musiqi zalı, müxtəlif oyun otaqları,teatr otağı,məişət otağı fəaliyyət göstərir. Gələcək məktəblilərin səlist,qüsursuz nitlərini təmin etmək məqsədilə bağçamızda loqoped və psixoloq xidmərləri də vardır. Bağçanın həyətyanı sahəsində uşaqların oynamaları, məşğul olmaları üçün müxtəlif rəngli və ölçülü qurğular, oyuncaqlar (maşınlar, yelləncəklər, sürüşkənlər) quraşdırılmışdır. Uşaqları gəzintiyə və evlərə aparmaq üçün “Leylək” Sizi avtobusla təmin edir. Bağçada uşaqların ad günlərinin,təqvim bayramlarından-“Qızıl payız”, “Yeni il”, “Hovruz gəlir,yaz gəlir”, “Əlvida,bağşa”, “Salam məktəb” və digər şənliklərin yüksək səviyyədə keşirilməsi artıq ənənəyə çevrilib.