Level Up Təhsil İnkişaf Mərkəzi xəritədə

Level Up Təhsil İnkişaf Mərkəzi

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 1 səs

Level Up Təhsil İnkişaf Mərkəzi haqqında

Level Up Təhsil İnkişaf Mərkəzinin əsası Azərbaycan Respublikasının paytaxt Bakı şəhərində yerləşir. Level Up - təhsil, sertifikatlaşdırılmış təlim və biznes əməkdaşlıq sahələrində yüksək keyfiyyət və innovativ xidmət göstərməyə çalışan yenilikçi bir şirkətdir. Level Up Təhsil İnkişaf Mərkəzi təhsil, təlim və innovasiyalar sahəsində uzun müddətli təcrübə və yüksək biliklərə malik olan qərb təhsilli mütəxəsislər tərəfindən 2014-ci ilin dekabr ayında qoyulmuşdur.

Level Up Təhsil İnkişaf Mərkəzinin xidmətləri

Level Up Təhsil İnkişaf Mərkəzi ABŞ, Avropa və müxtəlif Asiya ölkələrində akademik təhsil və təlim proqramlarını ən uyğun şərtlərlə öz tələbələrinə təklif edir və xaricdə təhsil üzrə innovativ proqramları idarə edir. Level Up Təhsil İnkişaf Mərkəzinin proqramları 2 həftədən 2 ilə kimi olan müddətləri əhatə edir və bakalavr və magistratura dərəcəsi sahəsində mövzud olan ən uyğun akademik proqramları və təqaüd imkanlarını öz tələbələrinə təklif edir. Tələbələr getdikcə daha çox başa düşürlər ki, xarici dillərin mükəmməl öyrənilməsi, beynəlxalq akademik təcrübənin əldə olunması bugünkü qlobal cəmiyyətdə uğur əldə etmək üçün həyati əhəmiyyət daşıyır.

Mərkəzin Dil Akademiyası

Level Up Təhsil İnkişaf Mərkəzinin Dil Akademiyası tələbələrə istədikləri xarici dili mükəmməl öyrənməyə, beynəlxalq səviyyədə akademik dərəcə əldə etmək üçün sertifikatlaşdırılmış test imtahanlarında uğur qazanmağa, qabacıq ölkələrdə xarici dillər üzrə kurslarda iştirak etməyə və akademik təcrübə qazanmağa, müxtəlif ölkələrin mədəniyyəti və təhsil imkanları haqqında məlumatlar əldə etmələrinə yaxından dəstək olur və onların bu arzularını əldə edilə bilən edir. Level Up Təhsil İnkişaf Mərkəzi standartlaşdırılmış xarici dil və fənn testləri sahəsində ən müasir medot və texnalogiyaları tətbiq edərək tələbələrə test imtahanlarından ən yüksək nəticə əldə etməsinə dəstək olur.

Təlim və İnnovasiyalar Mərkəzi

Level Up Təhsil İnkişaf Mərkəzinin Təlim və İnnovasiyalar Mərkəzi beynəlxalq mühasibat uçotu və maliyyə üzrə kvalifikasiya imtahanlarına hazırlıq kursları təşkil edir. Eyni zamanda, Təlim və İnnovasiyalar Mərkəzi tərəfindən peşəkar kadrların hazırlanması, iri və orta ölçülü müəssisələrin spesifik ehtiyaclarına uyğun olaraq məsləhətlərin verilməsi və müxtəlif dəstəklərin göstərilməsi, korporativ təlimlərin təşkil olunması, işçi heyətinin peşəkar bacarıqlarının və məhsuldarlığın artırılması sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə xüsusi inkişaf proqramlarınən və təlim kurslarının təşkili sahəsində xidmətlər göstərir.

Bizim Vizyonumuz yüksək keyfiyyətli xidmət göstərməklə müsbət təsirə malik təhsil və təlim sistemini qurmaq və ən yaxşı nəticələrə nail olmaqdır, beləliklə, cəmiyyət və ümumilikdə iqtisadiyyatın inkişafına töhfə verməkdir. Bizim Missiyamız təhsildə və iş prosesində performansın və profesionallığın gücləndirilməsi məqsədi ilə təhsil, təlim, proqram dəstəyi və innovativ xidmətlərin göstərilməsidir.