Leon xəritədə

Leon

Bakı, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 30 AZ1001 *** 1 səs

Leon haqqında

“LEON” – 1994 – cü ildə yaradılmış servis şirkətidir və eskalatorların, lift avadanlıqlarının, müxtəlif növ qaldırıcı kranların təchizi, quraşdırılması, texniki xidməti ilə məşğul olur. Şirkət eyni zamanda telferlərin, xüsusi təyinatlı tikinti taxtalarının, buruqların və bir çox digər avadanlıqların təchizi və satışı ilə məşğuldur. Şirkətin fəaliyyətinin əsas prinsipləri – etibarlılıq, təhlükəsizlik və keyfiyyətdir. Yük qaldırıcı qurğuların bazar xüsusiyyətlərini və spesifikasiyasını nəzərə alaraq, məhsulların təklif olunması maksimum qarşılıqlı fayda şərtləri üzrə aparılır. Alınan məhsulların ödəniş üstünlüklərindən biri sistem rahatlığıdır. “LEON” satılan avadanlıqların nomenklaturasının genişlənməsi və onların keyfiyyətinin artırılması üzərində səylə çalışır. Şirkətin məhsulları istehsalçı zavoddan Bakıya təchiz olunan eskalator və lift avadanlıqlarının, istismar, modernizasiya, təmir işlərinin aparılması zamanı istifadə olunan komplekt hissələrinin geniş spektrindən ibarətdir. Şirkətin strukturuna aşağıda qeyd olunan şöbələr daxildir: montaj şöbəsi, satış şöbəsi, texniki xidmət şöbəsi, marketinq şöbəsi, maliyyə şöbəsi, hüquqi şöbə. “LEON” şirkəti sizə müvafiq qiymətə yüksək keyfiyyət, ən qısa müddətli təchizat, tez və keyfiyyətli quraşdırma, operativ və keyfiyyətli xidmət, laiyhə sferasında yeniliklərin inkişafı və tətbiqi, yeni texnologiyalardan istifadə, hər bir müştərinin tələblərinin icrasını təklif edir. Bizim şirkətdə çalışan yüksək ixtisaslı heyət ən qeyri standart və çətin texniki tapşırıqların həll olunmasına imkan verir. Həmfikir komandadan ibarət şirkət eskalator, lift avadanlıqlarının, qaldırıcı kranların, travelatorların təchizini, onların quraşdırılması işlərini, işə salma – nizamlama işlərini, eksalatorların, liftlərin, qaldırıcı kranların, travelatorların servis xidmətlərini, eyni zamanda onların təmirini və moderləşdirilməsini həyata keçirir.