La Parfumerie Classique Fəvvarələr meydanı haqqında
“LA PARFUMERIE” parfümeriya mağazalar şəbəkəsi 1998 – ci ildə yaradılmışdır. Bu mağazalar şəbəkəsi Bakı şəhərinin mərkəzində yerləşən lyuks parfümeriya mağazalarına sahib olan pərakəndə parfüm – kosmetika konsepsiyasıdır. Şəbəkədə parfümeriya, qulluq və makiyaj daxil olmaqla, dünyaca məşhur brendlərin geniş spektri təqdim olunur.
Biz hər zaman, demək olar ki, dünya bazarına eyni zamanda buraxılan, dünyaca məşhur istehsalçıların yeni parfümeriya və makiyaj kolleksiyasını müştərilərə təqdim edirik. Müştəriləri professional konsultantlar qarşılayır, bu konsultantlar daim elit parfümeriya və kosmetika firma – istehsalçıları tərəfindən keçirilən daxili və beynəlxalq təlimlərdə xüsusi hazırlıqdan keçirlər.
Şəbəkənin müştəriləri üçün klub kartı üzrə endirimlər sistemi fəaliyyət göstərir, müxtəlif şəbəkə aksiyaları, brendlərdən reklam – aksiyaları və şəbəkədə məhsulları təqdim olunan brendlərdən dəvət olunmuş vizajist və kosmetoloq mütəxəssislərinin iştirakı ilə konsultasiyalar və konkurslar keçirilir.
Bizim parfümeriya – kosmetika mağazamızda, siz ən son makiyaj tendensiyasını müşaiyət edə bilərsiz və eyni zamanda şəxsi individuallığınızı və təkrarolunmazlığınızı xüsusi qeyd etməklə, öz gözəlliyinizi qoruyub saxlaya bilərsiniz. Düzgün seçim etməkdə sizə yüksək ixtisaslaşmış satıcı – konsultantlarımız yardım edəcək.