Kreativ Tədris Mərkəsi xəritədə

Kreativ Tədris Mərkəsi

Bakı, Binəqədi rayonu, Ağamalı küçəsi, 48/58 AZ1113 *** 1 səs

Kreativ Tədris Mərkəsi haqqında

Kreativ Tədris Mərkəzində azərbaycan və rus bölmələri üzrə 3-6 yaşlı uşaqların ümumi inkişafı üçün məşğələlər (məntiq, ətraf mühitlə tanışlıq, ilkin riyazi bacarıqlar, xarici dil vərdişləri, rəsm, aplikasiya, musiqi, rəqs, o cümlədən məktəbə hazırlıq) keçirilir. Kurslarımız həftədə 3 gün olmaqla 2 saat davam edir, hər məşğələ saatı arasında 10-15 dəqiqəlik fasilə verilir və bu zaman uşaqlar üçün gimnastika, intellektual- əyləncəli oyunlar təşkil edilir. Həmçinin, “Kreativ” tədris mərkəzində hər yaş dövrü üçün azərbaycan və rus bölmələri üzrə aşağıdakı kurslar təşkil edilir:

  • Ibtidai sinif şagirdlərinin dərslərinin hazırlanmasına kömək
  • Bütün fənlər üzrə hazırlıq
  • İngilis, rus, ivrit və ərəb dilləri
  • Kompyuter proqramlarının tədrisi
  • Dərslər və məşğələlər ali təhsilli təcrübəli müəllimlər tərəfindən keçilir.