Kral Rent A Car xəritədə

Kral Rent A Car

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 72 AZ1000 *** 0 səs

Kral Rent A Car haqqında

"Rent Car Kral" firmasının Azərbaycan ərazisində həyata keçirilən fəaliyyəti avtomobillərin , avtobusların və mikro avtobusların icarəsi xidməti ilə müştəriləri təmin etməkdən ibarətdir. Bizim xidmətimizdən istər avtomobillə hərəkətə ehtiyacı olan Azərbaycan vətəndaşları, istərsə də şəhər küçələrinə pis bələd olan ölkəmizin qonaqları da faydalana bilər. Sizin təhlükəsizliyiniz məqsədi ilə firmanın bütün avtomobilləri vaxtlı - vaxtında texniki baxışdan keçirilir və qış vaxtı xüsusi rezinlərlə təchiz olunur. Eləcə də , sizin səfərinizi daha rahat, etibarlı və təhlükəsiz etmək üçün avtomobillər bütün zəruri vasitələrlə təchiz olunur. Müştərinin seçimindən asılı olaraq, sürücü ilə və sürücüsüz icarə edilməsi də mümkündür. Bizim bütün sürücülər öz işində çox illik təcrübəyə malikdirlər və Azərbaycanın bütün bölgələrinə və Bakı küçələrinə çox yaxşı bələddirlər. "Rent Car Kral" avtomobilləri sürücü və sərnişinlərlə birlikdə yol - nəqliyyat qəzalarından sığortalanır. Firma sizin rahatlığınız üçün bütün imkanları yaradır. Belə ki, icarə olunan avtomobil sizin üçün hava limanına və vağzala gələ bilər. Siz özünüzə rahat olan yerdən maşın götürmək üçün firmaya müraciət edə bilərsiniz. Xidmət Sizinlə istənilən icarə suallarını məsləhətləşən yüksək ixtisaslı işçilər tərəfindən tətbiq edilir . "Rent Car Kral" firamsında icarə sənədlərinin rəsmiləşdirilməsi cəmi 10 - 15 dəqiqə vaxt alır. Üstəlik göstərilən xidmətə görə korporativ müştərilərə xüsusi tarif tətbiq edilir.