Koza xəritədə

Koza

Bakı, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 189 AZ1014 *** 1 səs

Koza haqqında

“Koza ” markası adı altında istehsal olunan toy dəvətnamələri, təbrik açıqcaları, imza dəftərləri Avropa, Asiya və xüsusən Amerikanın bir çox dövlətlərində böyük şöhrət qazanmısdır.Azərbaycanda “Koza ” şirkətinin ekskluziv nümayəndəliyi 2003-cü ildən fəaliyyət göstərir.Hal-hazırda şəhərimizin mərkəzində ixtisaslaşmış 2 “Koza ” salon mağazası fəaliyyətdədir.

Koza dəvətnamələri

“Koza ” dəvətnamələri dizayn və mətbəə sahəsində əldə olunan kiçik bir incəsənət əsəridir. Biz cox istərdik ki, siz bizim dəvətnamə və açıqcalarda əldə etdiyimiz keyfiyyəti və mütərəqqi dizayn həllini layiqincə qiymətləndirəsiniz. “Koza ” markasından olan toy dəvətnamələrini və açıqcalarını seçməklə Siz həyatınızda ən önəmli və sevincli hadisəni qohumlarınız, dostlarınız və iş yoldaşlarınızla bölüşməklə yanaşı həyatda bütün gözəlliyə olan məhəbbətinizi bir daha qeyd etmiş olursunuz. Avropa dizayn eleqantlığını özündə əks etdirən, istehsalda keyfiyyətli və fakturalı kağızlardan istifadə edilərək cürbəcür aksesuarlarla bəzədilməsi dəvətnamələrin hər birinə təkrarolunmazlıq və yüksək zövqlülük verir.

Yüksək keyfiyyəti, böyük dizayn təcrübəsi və orjinal üslubla hazırlanan məhsulları ilə “ Koza” şirkəti bütün dünyada toy dəvətnamələri və təbrik açıqcaları istehsalçıları arasında aparıcı mövqe tutmuşdur.İSO: 9000 sertifikatına malik olan məhsullar beynəlxalq standartlar üzrə hazırlanmasına əyani sübutdur. Müxtəlif şənlik və mərasimlər üçün nəfis şəkildə hazırlanmış “Koza ” şirkətinin dəvətnamə və təbrik açıqcaları əhalinin bütün təbəqələri üçün nəzərdə tutulmuşdur. “Koza ”şirkəti Sizi əmin edir ki, orjinal üslubda dizayn edilmiş məhsulların keyfiyyətindən həmişə zövq alacaqsınız.

Koza şirkətinin xidmətləri

Minimum sifariş 50 ədəd.Mətnin yazılması yazı növündən asılı olaraq (printer,ofset, falqa olunma, ipəkli trafaretlə vurulma və falqa ilə sıxılma çap) qiyməti 1 ədəd ücün 0,20 qəp.- 1.00 manat arası dəyişilir.Adlarla yazılma yalnız 3 növ –printer, falqa ilə və ipəktrafaretlə çap olunur və əlavə xərc üzərinə gəlir (yazı növündən asılı olaraq 0,50- 1.00 man).Toy dəvətnamələri və açıqcaların üzərində mətn və monoqramlar sifariş olunduqda hazır olunma vaxtı menecerlə razılaşdirilir. Standart olaraq toy dəvətnamələrinin hazırlanması 4 iş günü təşkil edir.Bəzi hallarda işin çoxluğu və ya malın olub - olmaması səbəbindən təhvil verilmə tarixi dəyişə bilər. Malın təhvil verilməsi vaxtı sifarişçi tərəfindən seçilən mətnin təstiqlənməsindən sonra hesablanır. Mətni imzalamaqla siz mətnin dizaynını, orfoqrafik və qramatik düzgünlüyünü təstiqləyirsiniz. Xahiş edirik mətni diqqətlə nəzərdən keçirəsiniz.

Siz həm də boş toy dəvətnamələri və açıqcalar sifariş edə bilərsiniz. Sifarişin pulu ödənildikdən sonra 1 iş günü ərzində təhvil verilir. Toy dəvətnamələri və təbrik açıqcaları boş götürüldükdə müştəriyə yığılmamış halda təhvil verilir. Çünki yığıldıqdan sonra yazı yazmaq mümkün deyil.

  • Dəvətnamə və açıqcalarda kağızın ton fərqliliyi ola bilər ki bu da zay (brak) sayılmır və iddialar qəbul olunmur.
  • Toy dəvətnamələri mətni saytda olan nümunələrdən seçilə və yaxudda sifarişcinin istəyinə əsasən yazılan mətndə ola bilər.

Təbrik və ya digər şəxsi yazılar isə sifarişçi tərəfindən təqdim olunur.Saytda göstərilən qiymətlər yalnız dəvətnamə və açıqcaların zərflə olan qiymətləridir (yazi qiyməti daxil deyil).