------------------------------------------------------------------------------------------------------- 18.01.2026 11:30:23 - /home/birklik/public_html/modules/statistics.php:73 Query: UPDATE `statistics` SET `all`=`all`+1,`month`=`month`+1,`day`=`day`+1 WHERE `type`='poi' AND `id`='19956' Error: 1114. The table 'statistics' is full
Fransız markalı "Korloff" zinyət evinin yaranma tarixi ən iri brilliantın - Korloff Noin-in tarixi ilə sıx bağlıdır. Bu 88 əyarlı qiymətli daşın unikallığı ondadır ki, o, rus zadəgan ailəsi - Saponjikovlara məxsusdur. Korloff Noin daşı haqqında əfsanələrdə deyilir ki, ona 1 dəfə olsun belə toxunulduqda insana uğur və xoşbəxtlik gətirir. Bu gün bu qiymətli daşın sahibi 1978-ci ildə "Korloff" şirkətini və brendini yaratmış fransiz zərgəri Daniel Paylaserdir. Bu ticarət markası dünyanın 35 ölkəsində 450 bölmə və 20 eyniadlı butikdə təmsil olunur. Bakıda "Korloff"-un eksklüziv məhsullar 2006-cı ildə təqdim olunmuşdur.