Kitab Klubu xəritədə

Kitab Klubu

Bakı, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 13 AZ1000 *** 2 səs

Kitab Klubu haqqında

“Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 25 fevral 2003-cü ildə yaradılıb və mart ayının 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2002-ci ilin əvvəlində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilatçılığı ilə Bakıda polşalı məşqçilər tərəfindən BMR – Book Marketing Research adlı treninqlər keçirilir. Treninqin sonunda “Kitab Klubu” adlı cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalanır. Sonradan bu qrup Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun kiçik bir qrantı ilə “Azərbaycanın nəşrləri” adlı rəngsiz kataloq buraxılışına başlayır. Bu işin uğurlu alındığını görən Fond 2003-cü ilin sonunda cəmiyyətə daha bir qrant vermək qərarına gəlir. 2003-cü ilin sonundan başlayaraq Klubun “Azərbaycan nəşrləri” jurnal-kataloqu tam rəngli və rüblük oldu. 26 noyabr 2004-cü ildə “Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və Klubun www.kitabklubu.org ünvanlı internet səhifəsinin təqdimatı keçirildi.

Bakı Kitab klubu

Klub tərəfindən çoxlu sayda kitab təqdimatları, müəlliflərlə görüşlər, ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfransları keçirilir. Kitab Klubu Bakı şəhərində kitab bazarının öyrənməsi ilə əlaqədar 2004-cü və 2006-cı illərdə sorğular keçirmişdir. Sorğular naşirlər, kitab satıcıları və oxucular arasında keçirilmişdir. Sorğuda 400 respondent iştirak etmişdir. Nəticələr dövri mətbuatda və Klubun internet səhifəsində verilmişdir.Təşkil olunmuş bütün tədbirlər dövri mətbuatda geniş işıqlandırılır.Bu gün Klub öz fəaliyyətini uğurla davam etdirir. Azərbaycanda nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməkdir. Birinci növbədə:

  • Kitab bazarının vəziyyətini öyrənilə, bu barədə məlumatları naşirlərə və
  • müəlliflərə,
  • Yeni nəşr olunmuş və olunacaq kitablar haqqında məlumatı isə potensial oxuculara çatdırmaqdır.

Bunu həyata keçirmək üçün seçilmiş yollar:

  • kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;
  • yeni kitab kataloqlarının buraxılması və yayılması;
  • kitab sərgilərinin keçirilməsi;
  • kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi;
  • yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin
  • keçirilməsi;
  • müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi;
  • müəlliflər haqqında məlumatların yayılması;
  • yeni kitabların satışı üçün sifarişlərin toplanması;
  • kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövrü görüşlərin, seminarların, konfransların keçirilməsi;
  • digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;
  • kitabxana və oxu zalı xidmətinin göstərilməsi və s.

Bunu etmək üçün əldə olan imkanlar:

  • 3000 nüsxə ilə dərc edilən, ölkəmizin bütün rayonlarına və xarici ölkələrə yayılan rəngli «Azərbaycan nəşrləri» kitab kataloqu;
  • www.kitabklubu.org ünvanlı internet səhifəsi;
  • 1000 kitablıq daimi işləyən sərgi salonu;
  • təqdimatların və görüşlərin keçirilməsi üçün 40 kv. metrlik metrlik zal.