Xəzər Universiteti Iqtisadiyyat fakültəsi xəritədə

Xəzər Universiteti Iqtisadiyyat fakültəsi

Bakı, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 122 АZ1000 *** 1 səs

Xəzər Universiteti Iqtisadiyyat fakültəsi haqqında

Əsası 1991-ci ildə qoyulmuş Xəzər Universitəsinin aparıcı fakültəsi olan İqtisadiyyat və menecment fakültəsi Azərbaycanda ilk dəfə olaraq, 1991-ci ildə regional tələblərə uyğunlaşdırılmış Qərb təhsil sistemini tətbiq etmişdir.1997-ci ildən fakültəyə idarəetmə (menecment) üzrə mütəxəssis, texniki elmlər doktoru, professor Məhəmməd Nuriyev rəhbərlik etmişdir. 2010-cu ildən etibarən isə fakültəyə rəhbərlik iqisad elmləri doktoru, professor İnqilab Əhmədov tərəfindən həyata keçirilir. Fakültədə 50-dən çox yerli və xarici professor-müəllim heyəti fəaliyyət göstərir.

Fakültədə təhsil

Fakültədə bakalavr və magistr (MBA) proqramları üzrə yerli və xarici tələbələr təhsil alırlar. Fakültənin MBA proqramı təcrübəli biznes mütəxəssislərinin, eləcə də biznes fəaliyyətinə yeni başlayanların tələblərini ödəyir, eyni zamanda uyğun sahələr üzrə kifayət qədər dərin biliklər verir. Fakültədə bir sıra ixtisaslar üzrə Ph.D proqramları da yerinə yetirilir.2009-cu ildən fakültə İPAG (İnstitut de Preparation a l’Administration et a la Gestion, France) ilə birgə Enerji menecmenti ixtisası üzrə ikili proqramda (dual proqram) iştirak edir.Fakültədə tədris ingilis dilində aparılır.

Fakültə ali təhsil və biznes məkanında yüksək nüfuza malikdir. Fakültənin əməkdaşları daima proqramların təkmilləşdirilməsi, tədrisin və elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərirlər.Tədrisin yüksək keyfiyyətini nəzərə alaraq, beynəlxalq EDUNİVERSAL təşkilatı fakültəni 2008-2009-cu illərdə dünyanın ən yaxşı biznes universitetləri və fakültələri siyahısına daxil etmiş, onu EDUNİVERSAL Palmes mükafatına layiq görmüşdür.

İxtisaslar

  • Maliyyə
  • Mühasibat uçotu və audit
  • Menecment
  • Biznesin idarə edilməsi
  • Beynəlxalq biznes
  • Marketinq
  • İqtisadiyyat
  • Beynəlxalq iqtisadiyyat

Beynəlxalq əlaqələr

Fakültənin elmi-tədris əlaqələri Cənubi Koreyadan ABŞ-a, Misirdən Norveçə qədər uzanır. Georgia State University (Atlanta, ABŞ), South Connecticut State University (ABŞ), University of California at Los Angeles (UCLA, ABŞ), The Nottingham Trent University (İngiltərə), İnstitute Superieur de Commerce İnternational de Dunkerque (İSCİD, Fransa), İnstitut de Preparation a l’Administration et a la Gestion (İPAG, Fransa), Bİ Norwegian School of Management (Norveç), Stockholm School of Economics in Riga (Latviya), Korean Development Institute (Seoul), Malaysian İnstitute of Economic Research (Malayziya), Caucasus Business School (Tbilisi, Gürcüstan) kimi bir sira aparıcı beynəlxalq ali təhsil müəssisələri ilə fakültənin müəllim və tələbə mübadiləsinin aparılmasına, qarşılıqlı olaraq kadrların hazırlanmasına böyük önəm verilir. Hazırda fakültədə ABŞ-dan, Böyük Britaniyadan, Fransadan, Çindən, Əlcəzairdən, Misirdən, Nigeriyadan, Hindistandan, Rusiyadan, Qazaxıstandan, Gürcüstandan, İrandan xeyli tələbə təhsil alır.