Xəzər Universiteti xəritədə

Xəzər Universiteti

Bakı, 8-ci km. qəsəbəsi, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 118 km AZ1000 *** 1 səs

Xəzər Universiteti haqqında

Xəzər Universiteti və ya Xəzər Universitəsi — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. O, 1991-ci ildən 2010-cu il sentyabrın 6-na qədər rektor vəzifəsini də daşımışdır. 6 sentyabr 2010-cu ildən başlayaraq təsisçilikdən əlavə professor Hamlet İsaxanlı Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyətə başlamışdır.

Yaranma tarixi

Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Universitet 1993-cü il aprelin 10-da Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 9/1 saylı qərarı və 1995-ci il martın 4-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 45 saylı qərarı ilə özəl ali məktəb kimi yenidən qeydiyyatdan keçmişdir.

Xəzər Universitetinin fəaliyyəti

Mövcud olduğu illər ərzində müxtəlif dərgi və televiziya sorğuları, tələbələr arasında keçirilən sorğular, qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlar, beynəlxalq komissiyaların dəyərləndirmələri, beynəlxalq şirkətlərin rəyi, beynəxalq reytinqlər və sairlərdə Xəzər Universiteti Azərbaycanın, eləcə də Qafqaz və Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın ən yaxşı ali məktəblərindən biri olaraq qiymətləndirmişdir. Xəzər Universiteti ən ciddi və müasir ali məktəb, güclü elm və mədəniyyət ocağı kimi ictimai rəy qazanmışdır.