Karnegi Club xəritədə

Karnegi Club

Bakı, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 53 AZ1000 *** 2 səs

Karnegi Club haqqında

Bizim klub şəxsi həyatında, iş karyerasında, yaxın və ümumiyyətlə ətrafındakı insanlarla münasibətdə kamilliyə yönələn, özü xoşbəxt olmaq və yaxınlarını da xoşbəxt etmək, öz üzərində işləmək və inkişaf etmək, özündə yeni istedadlar açmaq istəyənlərin hamısı üçün açıqdır.Sizin hər biriniz dahisiniz, amma buna hamı inanmır, ona görə ki, Siz özünüz buna inanmırsınız… Özünüzə inanın, özünüzü dəyişin və biz Sizinlə birlikdə dünyanı yaxşıya doğru dəyişək.Bizim klubumuzun adı təsadüfən seçilməmişdir. Axı, məhz Deyl Karnegi praktiki əxlaqın müasir Qərb modelinin mənbələrində durmuş və effektiv açıq çıxışın əldə edə biləcəyi nəticələr və ünsiyyətin psixologiyası üzrə çoxsaylı bestsellerlərin müəllifi olmuşdur.

Təlimlərimiz

Bizim Klubumuzda tətbiq olunan proqramlar çərçivəsində müxtəlif növ təlimlər və düşüncəni inkişaf etdirən çoxlu sayda maraqlı intellektual oyunlar əsasında treninqlər keçirilir.Artıq ilkin mərhələdə Sizin xidmətinizə aktual mövzular üzrə DÖRD təlim nəzərdə tutulmuşdur: “Xarizmatik Natiq” Treninqi, “Beyin Xəritəsi” Treninqi, “Satış treninqi” və “İdeyalar Generatoru” təlimi.Bu təlimlər şəxsi yüksəlişə xidmət edir və açıq şəkildə aparılırlar.Əməkdaşlarının ixtisaslaşdırma səviyyəsinə laqeyd olmayan şirkətlərin və müxtəlif təşkilatların rəhbərlərinin ehtiyaclarını və marağını nəzərə alaraq, biz həmçinin korporativ təlimlər də keçiririk.