Karavan Rent A Car on map

Karavan Rent A Car

Baku, Nasimi district, Shafaat Mehdiyev street, 34 AZ1000 *** 1 voted

About Karavan Rent A Car

Avtokirayə fəaliyyəti ilə məşğul olan "KARAVAN RENT A CAR" patentləşdirilmiş şirkətdir. Şirkət müştərilərinin tələb və arzularını nəzərə alaraq , onlara yüksək səviyyədə xidmət edir. Şirkət müxtəlif marka və modeldə olan avtomobilləri icarəyə verir. Siz eləcə də, avtomobili onunla birlikdə icarəyə götürməklə sürücü xidmətindən də faydalana bilərsiniz. Şirkət sizə etibarlılıq, rahatlıq və təhlükəsizlik zəmanəti verir. Belə ki, şirkətin bütün avtomobilləri vaxtında texniki yoxlamadan keçirilir, eləcə də, müştərinin rahatlığı üçün bütün zəruri vasitələrlə təchiz olunur : GSM -naviqator, uşaq oturacağı, tibb çantası və digərləri. Bütün icarə olunan avtomobillər, sürücülər və sərnişinlər beynəlxalq və yerli sığorta şirkətləri tərəfindən bütün arzuolunmaz yol - nəqliyyat qəzalarından sığortalanır. Bizim işçilər sizə avtomobilin təhvil- təslimi üçün lazımi sənədlərin rəsmiləşdirilməsinə kömək edəcək, hansı ki, bu cəmi 10 - 15 dəqiqə vaxt aparır. Avtomobilin icarə qiyməti müqavilənin bağlanma şərtlərindən asılı olaraq təyin edilir və əmin ola bilərsiniz ki, bu böyük qazancla fərqlənir. Siz avtomobili birbaşa şirkətin avtoparkından götürə bilərsiniz və ya o, sizə lazım olan vaxtda göstərdiyiniz ünvana çatdırılır. Şirkət ilə bağlanan sazişin sürəti, icarənin xidmət və qiymət faydalılığı , avtomobili əldə edilmə rahatlığı və başqaları şirkətin müsbət xarakteristikalarıdır. Bizə müraciət edən müştərilər razı qalırlar və təkrar bizim xidmətlərdən istifadə edirlər.