Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru xəritədə

Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru

Bakı, Dərnəgül qəsəbəsi, Nərimanov rayonu, Ziya Bünyatov prospekti, 64/68 AZ1069 *** 2 səs

Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru haqqında

İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti, diplomatik nümayəndəliklərin mühafizəsi, karantin tədbirlərinin, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti,Daxili Işlər Nazirliyinin səlahiyyətləri çərçivəsində hərbi və xüsusi daşınmaları həyata keçirən müstəqil struktur hissədir.

Baş İdarənin strukturuna - Profilaktik işin təşkili şöbəsi, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi, Post-patrul xidmətinin təşkili şöbəsi, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi şöbəsi, Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət şöbəsi,Sahə inspektorlarının işinin təşkili bölməsi, Milli, dini məsələlər üzrə bölmə, İcazə sistemi bölməsi, Təbiəti mühafizə və sanitar- epidemioloji xidmətləri ilə əlaqəli işin təşkili bölməsi, Təşkilati-analitik bölmə, xüsusi daşınma qrupu və dəftərxana daxildir.Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru Baş İdarəyə bilavasitə tabe olan strukturlardır.