Kainat Tədris Mərkəzi xəritədə

Kainat Tədris Mərkəzi

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25 AZ1000 *** 2 səs

Kainat Tədris Mərkəzi haqqında

Kainat Tədris Mərkəzinin əsası 1993-cü ildə qoyulmuşdur. İlk vaxtlar mərkəz bir binada fəaliyyət göstərsə də, hal hazırda dörd filialı mövcuddur. Xidmətlərə ali məktəblərə, magistraturaya, rezidenturaya, məktəbəqədər, xarici dil, dövlət qulluğuna hazırlıqlar daxildir. Profesional müəllim heyəti və ciddi dərs rejimi sayəsində, mərkəz hər il 90%-dən yuxarı müvəfəqiyyət göstəricisi əldə edir.

Kainat Tədris Mərkəzinin fəaliyyəti

Kainat Tədris Mərkəzi xaricə tələbə göndərilməsi ilə də məşğul olur. Mərkəzin Türkiyənin 13, Litvanın 2, Kanadanın 2, İngiltərənin 2, Kiprin 1 universiteti ilə birbaşa əlaqələri var.2011-ci ildə Kainat Tədris Mərkəzi, Azərbaycanda ilk dəfə olaraq Universitetlərarası Məntiq Olimpiadasını təşkil etdi. Olimpiadada Bakıda və rayonlarda yerləşən ali təhsil müəssisələrindən 1600-ə yaxın tələbə iştirak etdi. Mərkəz önümüzdəki illərdə bu olimpiadanın məktəblilər arasında da keçirməyi planlaşdırır.Ali məktəblərin bakalavr pilləsinə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərmiş 30 məzun, Kainat Tədris Mərkəzindən Türkiyədə istirahət etmək imkanı qazanır.