Kainat gənclik mərkəzi xəritədə

Kainat gənclik mərkəzi

Bakı, Səbail rayonu, Xaqani küçəsi, 31/18 AZ1000 *** 1 səs

Kainat gənclik mərkəzi haqqında

Kainat gənclik mərkəzi 1990-ci ilin noyabr ayında təsis edilib. O vaxtın qanunvericilik bazasına əsasən mərkəzin Nizamnaməsi yerli icra orqanları tərəfindən təsdiq edilib, fəaliyyətə başlanması üçün sərəncam verilmişdir. Sonralar ölkəmizdə baş verən əsaslı dəyişikliklərlə bağlı 1994-cü ilin iyul ayında mərkəzin nizamnaməsi Respublika Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınıb, təsdiq olundu.

Kainat gənclik mərkəzinin fəaliyyəti

Mərkəz Qeyri Hökümət Təşkilatı olaraq Nizamnamə müddəalarına əsasən uşaqların və gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi ilə məşğuldur. Fəaliyyət dairəsində sosial müdafiəyə və sağlamlığının bərpasına ehtiyacı olan uşaqlarla işə geniş yer verilir. İlk gündən bu səpgidə görülən işlər qısa müddət ərzində mərkəz əməkdaşlarının əsas prinsipinə çevrildi. Əvvəllər sponsor təşkilatlarının maddi yardımı ilə “Müharibə uşaqların gözü ilə”baxış sərgisinin təşkili, “Tap-tapmaca” teleoyununun hazırlanması böyük əks-sədaya səbəb oldu. İllər keçdikcə Kainat GM də formalaşır, daha iri və əsaslı layihələrin reallaşmasına nail olurdu. Artıq Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin və yerli istehsalçıların köməyi nəticəsində ənənə şəklini almaqda olan tədbirlərin təşkilinə başladı.

Kainat GM Respublika Həmkarlar İttifaqları Konfederasiyası və onun yerli qurumları ilə birgə fəaliyyətə mühüm yer ayırır.Mərkəzin bu fəaliyyəti də 2004-cü ildə “ respublikanın ictimai həyatında və həmkarlar ittifaqı işində fəal iştirakına görə” Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının respublika komitəsi tərəfindən xüsusi diplomla qiymətləndirilmişdir.Mərkəzin son illərdəki fəaliyyəti də diqqət mərkəzindədir. Belə ki, Respublika Gənclər və İdman Nazirliyi Kainat GM-ni 2007-ci ildə “2 fevral Azərbaycan gəncləri gününün təsis edilməsinin 10-cu ildönümü münasibəti ilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə diplomla təltif etmişdir.