Kafur-Pas xəritədə

Kafur-Pas

Bakı, Qala qəsəbəsi, Xəzər rayonu AZ1000 *** 0 səs

Kafur-Pas haqqında

Təsisçisi “Gilan” Holdinq olan “Kafur-PAS” şirkəti landşaft dizaynı və layihələndirmə, suvarma və işıqlandırma sistemlərinin quraşdırılması, torpağın planirovkası, münbitləşdirilməsi, yol çəkilişi, fontan – şəlalə quraşdırılması, sonradan hazır obyektə xidmət göstərilməsi kimi çox şaxəli fəaliyyətlə məşğuldur. Şirkətimiz landşaft peyzaj işlərində dünya ölkələrinin qabaqcıl şirkətlərinin məhsullarından istifadə edir: İtaliya, Türkiyə, Latviya, Rusiya, Almaniya, Hollandiya, Çin, Hindistan, Polşa, Vyetnam, İndoneziya, Belçikadan bitkilər, təbii daşlar, keramika, taxta və bürünc fiqurlar, bağ mebeli, daş heykəllər və digər tikinti materialları gətirimklə istənilən şəkildə park, bağ, istirahət mərkəzləri tikir.

Kafur-PAS landşaft dizaynı və layihələndirmə

Şirkətimizlə müxtəlif istiqamətlərdə, yerli və xaricdən olan təcrübəli mütəxəssislər əməkdaşlıq edirlər.Qobustan rayonu ərazisində 17 hektarda tingçilik, bağ-bağat mərkəzi yaratmışıq. Qala qəsəbəsində neft buruqları arasında 15 hektar torpaq sahəsində istirahət və satış mərkəzimizdə Sizləri görməkdən məmnun olardıq!

  • Kiçik arxitektur formaları
  • Çöl işıqlandırma sistemləri
  • İdman və əyləncə meydançaları
  • Landşaft layihə və dizayn
  • Qış bağı
  • Süni göllər, şəlalələr, fəvvarələr
  • Suvarma Sistemləri
  • Yaşıllaşdırma işləri