İnsan resursları - anlayışı, müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etməli olduğu resurslardan biri olan insanı əhatə edir. İnsan istehsal prossesinin həmayrılmaz bir hissəsidir, həmdə ki, eyni zamanda istehsalın hədəfidir. İnsan resursları termini təşkilat daxilindəki və ya xaricdən potensial olaraq cəlb oluna biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.
İnsan resurslarının idarə edilməsi - iş yerində insanlarla əlaqəli bütün işləri və prosesləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaşdırılması, bunun üçün lazımi iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsin iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəxəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və karyera işləri,
uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işiqiymətləndirmə, əməkhaqqı, nizam-intizam, sosial-mədənifəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinasiya edir.
İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmaması mənasını vermir. Buyanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.Bütün bu proseslərin idarə olunmasında, insanresursları sahəsində dünya təcrübəsinin öyrədilməsində sizlərə effektiv treyninq xidmətləri verməyə hazırıq.
1. İnsan Resursları idarəedilməsi barədə əsas anlayışlar, məqsədi,fəaliyyətləri, vəzifə və funksiyaları, bütün menecerlərə əhəmiyəti və digər şöbələrlə əlaqəsi
2. İşçi qüvvəsi planlaşdırılması (İnsan resurslarının planlaşdırılması);
3. İşçilərin işə alınması və seçimi (İşçi təminatı, işçilərin seçilməsi və yerləşdirilməsi);
4. İşçi qüvvəsinin motivasiyası;
5. İşçilərin qiymətləndirilməsi (Xidməti fəaliyyətin qiymətləndirilməsi);
6. Şirkət əlaqələri;
7. İşçilərə xidmətin göstərilməsi;
8. İşçilərin təlimi, tədrisi və inkişafı;