Ecazkar ab-hava, təzə hazırlanan kabab iyi yay günündə hər kəsin ürəyincə olar. Bu arzunuzu gerçəkləşdirmək üçün Xəzər sahilində, şəhər kənarında yerləşən “Kabab evi” restoranımıza gələ bilərsiniz. Burada Siz səmimi bir şəraitdə ocaq keyfini yaşayaraq dostlarınızla əla vaxt keçirəcəksiniz. Peşəkar kababçıların hazırladığı və təqdim etdiyi menyudan ləzzət almamaq mümkün deyil. Müxtəlif növ kababları (ət, toyuq, balıqdan hazırlanan) müştərilərə təqdim edən məkanımıza bir dəfə gələnlər çətin ki, başqa məkan seçsinlər. Kabab sevənlər yolunu buradan sala bilərlər. Türk və azəri kabab növləri, müxtəlif çeşidlər və hər gün yenilənən menyusu ilə “Kabab evi” yolunuzu gözləyir. Restoran eyni zamanda 187 müştəriyə xidmət göstərə bilir. Restoranın içərisində 35, ətrafında isə 152 nəfər yerləşir.