KAAN xəritədə

KAAN

Bakı, Xətai rayonu, Babək prospekti, 2221 AZ1000 *** 5 səs

KAAN haqqında

"Lassa" brendi ilə tanınan Brisa şirkəti Sabanci Group qrup şirkətində 1974-cü ildə yaradılmışdır. 1988-ci ildə o Bridgestone korporasiyasına daxil olmaqla məhsullarının çeşidini və dayanıqlılığını artırdı. Bu tərəfdaşlıq müasir yüksəktexnologiyalı istehsalın əsasının yaranmasına xidmət etdi. "Lassa" ticarət markası yüksək keyfiyyətli məhsulların yaradılmasına yardım edən böyük resurslar və investisiyalar ilə qüvvətləndirilib. Türkiyənin böyük şin istehsalçılarından biri olan-Lassa müştəri tələblərinin məmnuniyyəti və məhsulların keyfiyyətinin qaldırılması sahəsində nailiyyətləri sayəsində dünya səviyyəsində tanındı. Şirkət daima dünya və daxili bazarda rəqabət qabiliyyətini qüvvətləndirərək yeni məhsullarını bazara çıxarır. Lassa öz məhsullarının satışını təkcə avtomobil düzəldən şirkətlər vasitəsilə deyil, müxtəlif ticarət şəbəkələri vasitəsilə reallaşdırır. Brisa Bridgestone və Lassa brendi ilə qabaqcıl texnologiyalardan istifadə etməklə, daxili və xarici tələblərə cavab verən avtoşinin geniş çeşidlərini istehsal edir. Məhsul çeşidlərinə minik avtomobilləri üçün yüksəksürətli, idman sayağı və standart şinlər, yüngül yükdaşıyan və avtobuslar üçün qış şinləri, diaqonal şinlər, yolsuzluq avtomobilləri və kənd təsərrüfarı maşınları üçün olan şinlər aiddir.