Jung Azərbaycan haqqında
Şirkət elektrik açarlarının nəinki keyfiyyətinə, həm də dizaynına böyük diqqət yetirir. 60-ci illərdə şirkət yeni düyməli elektrik açarları buraxmaqla, elektrik quraşdırma məmulatlarının istehsalında yeni mərhələ açdı. Buna qədər yalnız döndərilən və aşırılan modellər mövcud idi.
JUNG şirkəti mütəxəssislərə ən müxtəlif funksiyalı müasir cihazların və sistemlərin böyük seçimini təklif edir. Elektrotexnika məmulatlarının bu geniş çeşidinə rozetkalar, elektrik açarları, istənilən təyinata uyğun gələn, çoxsaylı əlavə funksiyalarla təchiz edilmiş müxtəlif şəkilli relelər və tənzimləyicilər daxildir. Məsələn, bir neçə il əvvəl AS500 bakterisid seriyası buraxılmışdır. Bu seriyalı məmulatlar gigiyenaya yüksək tələblərin qoyulduğu sahələrdə istifadə üçün nəzərdə tutulmuşdur – xəstəxanalarda, uşaq bağçalarında, məktəblərdə.
Belə ki, bəzən ayaqyolunda və ya vanna otağında işığı yandırıb söndürmək infeksiya yaxalamaq üçün yetərli olur. JUNG şirkəti duroplasta daxil edilən gümüşün bakterisid xassələrinə əsaslanan yeni texnolgiya yaratmışdır. Bakterisid fəaliyyətin müddəti materialın strukturundakı xüsusi qaytarma mexanizmi ilə təmin edilir ki, bu da havanın rütubətliyi və gümüş ionlarının fasiləsiz ifrazı sayəsində fəal vəziyyətdə saxlanılır.
Həmçinin şirkət mənzildə və ya evdə elektron texnikanın idarəetməsi üzrə xüsusi tapşırıqların yerinə yetirilməsi üçün sistemlər və cihazlar təklif edə bilər. Bunlara rolletlərin və jalüzlərin idarə edilməsi, eləcə də evlərdə fərdi işıqlandırma üsullarının proqramlaşdırma imkanı və məsafədən idarəetmədir. KNX intellektual sistemindən istifadə zamanı evinizi High Tech səviyyəsində təchiz edə bilərsiniz.
JUNG şirkəti iki törəmə şirkətə malikdir ki, onların da vəzifələrinə elektron komponentlərinin işlənib hazırlanması, konstruksiya edilməsi və istehsalı daxildir. INSTA şirkətinin 500 əməkdaşının səlahiyyət sahəsinə yeni texniki ideyaların həyata keçirilməsi daxildir. ELKA şirkətinin əməkdaşları elektron komponentlər üçün proqram təminatının işlənib hazırlanması ilə məşğul olur.
JUNG markasına aid elektrik açarları və rozetkalar unikal dizaynın və innovativ texnologiyaların harmonik vəhdətini özündə kəsb edir. Bu keyfiyyətlər elektrik montajçıları, memarlar və sifarişçilər tərəfindən yüksək qiymətləndirilir. Şirkət hər bir dizayner konsepsiyası üçün klassikdən tutmuş ultra-müasirlərinə qədər elektrik açarlarının və rozetkaların müəyyən seriyasını təklif edir. Məmulatlar cazibədar metal variasiyalarda və ya alışdığımız ənənəvi rənglərlə hazırlanmışdır. Bunun sayəsində JUNG şirkətinin rozetka və elektrik açarları həm mülki, həm də özəl inşaatda məşhurdur.
Şirkət ən qeyri-adi materiallardan olan məhsulları müvəffəqiyyətlə istehsal edir. Məsələn, 2002-ci ildə təmiz alüminiumdan hazırlanmış elektrik açarı seriyası təqdim edildi. Bu yaxınlarda həmin seriya parlaq xrom və antrasit örtüklü yeni variantlarla tamamlandı. Son iki ildə istiqamətlənməsi asanlaşdıran çoxşəkilli işıq-diod göstəricilər, eləcə də super-hamar FD-Design elektrik açarları buraxılmışdır. JUNG şirkətinin dizaynerləri yeni seriyaların və cihazların hazırlanmasına öz güclü yaradıcılıq potensiallarını ifadə edirlər.
JUNG şirkəti daima öz məhsullarını təkmilləşdirir və yeni ideyalar axtarışındadır. Hal-hazırda şirkətin mühəndisləri məşhur memarlarla birlikdə bizim həyatımızı daha da rahatlaşdıracaq həllərin üzərində işləyirlər. Maraqlı istiqamətlərdən biri binaları intellektual idarə etmə üçün mərkəzi sistemlərin işlənib hazırlanmasıdır. Bunu istifadəçi və texnika arasında məlumat mübadiləsini həyata keçirən müasir kommunikasiya sistemləri sayəsində həyata keçirmək mümkün oldu. Bəzi yeniliklər artıq bazara çıxarılmışdır. Məsələn, sensorlu modul, yaxud da Facility Panel ən son texniki innovasiyaları özündə ehtiva edir və elektrik avadanlığının gələcək imkanları barədə təsəvvür yaradır.
Ən yeni ideyaların gerçəkləşdirilməsində başlıca rolu iqtisadi göstəricilər və istehlakçılar üçün real faydalar oynayır. JUNG şirkəti bazarda gerçək üstünlüyü tamamilə təmin edən ideyaları həyata keçirməyə səy göstərir. Başlıca olan təkcə iqtisadi aspekt deyil, həm də elektrik quraşdırma məmulatlarının dizaynındakı estetikadır. Şirkətin rəhbərləri və mütəxəssisləri hesab edir ki, texniki nəinki yaxşı işləməlidir, həm də müasir, cazibədar, bəzən hətta dəbdəbəli olmalıdır. JUNG şirkəti bazarda təqdim olunan bir sıra istehsalçılara rəqabət üçün bütün imkanlara malikdir.