JOY Uşaq İnkişafı Mərkəzi xəritədə

JOY Uşaq İnkişafı Mərkəzi

Bakı, Yeni Yasamal, Hüseyn Cavid prospekti, 520 AZ1000 *** 5 səs

JOY Uşaq İnkişafı Mərkəzi haqqında

Yaşından və bacarığından asılı olmayaraq, bütün uşaqlara müstəqil, məsuliyyətli və təhsilli olmaları üçün tam oyrənmə mühiti yaratmaqdan ibarətdir.İnsandünyaya gəldiyi andan etibarən öyrənməyə başlayır.İlk 5 iluşağ ınsinir sisteminin inkişafı çox mühüm əhəmiyyət kəsb edir və uşağın bu dövrdə öyrəndikləri onun gələcək həyatının binövrəsini təşkil edir.Bütün uşaqlar müəyyən qanuna uyğunluqla inkişaf edirlər. İnkişafında bəzi ləngimə əlamətləri olan uşaqlar ücün gələcəkdə öyrənmə imkanlarını artıra bilmək məqsədilə sosial inteqrasiyanin daha erkən başlaması vacibdir.

Qrup məşğələləri

  • Maksimum 6 uşaqdan ibarət olub, 2 uşaq inkişafı mütəxəssisi tərəfindən idarə olunur .
  • 3 saatdan ibarət planlaşdırılmış və sərbəst oyun məşğələləri mütəxəssislərə uşağı müşahidə etməyə və uşaq inkişaf planı hazırlamağa imkan verir.
  • Uşaq səhər (9.30- 12.30) və ya günorta (13.30 - 16.30) məşğələlərində iştirak edə bilər.
  • Uşaqlar Aktiv öyrənmə otağından, Ağ otaqdan, Aktiv oyun və Stol arxası məşğələlər üçün
  • Uşaqlar mərkəzdə boş yerlərin olmasından asılı olaraq 1-4 həftə müddətində məşğələlərdə iştirak edə bilərlər.
  • Məşğələlərin bir həftəlik (5 iş günü) qiyməti 100 AZN-dir. Fərdi məşğələlər bu qiymətə daxil deyil

Fərdi məşğələlər

  • Uşaq inkişafı mütəxəssisi ilə 1 saatlıq məşğələ.
  • Məşğələ JOY mərkəzində istifadə edilən bir və ya bir neçə metodun kombinasiyasından istifadə edilməklə müəyyən bir bacarığın inkişafı üzərində qurulur.
  • Uşaq ehtiyaclarından asılı olaraq JOY mərkəzində olan bütün otaqlardan və planlaşdırılmış fəaliyyətlərdən istifadə etmək imkanına malik olur.
  • Valideynlərə fərdi məşğələlərdə iştirak etməsinə icazə verilir.
  • Bir fərdi məşğələnin qiyməti 20 AZN-dir.

Köməkçi vasitələr, ləvazimatlar və psixo-sosial dəstək

  • Biz uşağa mərkəzimizdə olan xüsusi oturacaqlar, əlil arabaları, ayaqüstə durmaq üçün avadanlıq və digər mobil köməkçi vasitələrlədən istifadə etməkdə kömək edirik.
  • Biz ailəyə səfər edərək, fiziki şəraitin uşağa necə uyğunlaşdırıla biləcəyi barədə ailəyə məsləhət veririk.
  • Ailəni uşağın ehtiyacı olan digər xidmətlərə yönəldirik.
  • Biz ailəni sosial müavinətlərdən faydalanmaqda dəstək göstərmək üçün sosial işçilərə, həmçinin hüquqşünaslara yönəldirik.