Cəmşid Naxçıvanski adına Hərbi Lisey xəritədə

Cəmşid Naxçıvanski adına Hərbi Lisey

Bakı, Xətai rayonu, Naximov küçəsi, 1C AZ1018 *** 2 səs

Cəmşid Naxçıvanski adına Hərbi Lisey haqqında

Azərbaycanda hərbi təmayüllü internat məktəb. Bu gün məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Onlarla yetirməsi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Onların 9-u Azərbaycanın Milli Qəhrəmanıdır. Azərbaycanın istər dövlətçilik ənənələri, istər elmi bazası, istərsə də qəhrəmanlıq məktəbi – tarixən nail olduğumuz bu dəyərləri unutdurmağa, onu özgələrin tarixinə yazmağa çalışıblar. Xalqımızın qəhrəmanlıq tarixinə, döyüşkən ruhuna bələd olan çar Rusiyası azərbaycanlıların hərbi xidmətə çağırılmasını "tamam unutmuşdu". Müxtəlif vasitələrlə orduda xidmət etməyə imkan tapan azərbaycanlılar isə yüksək hərbi rütbələrə qalxa bilirdilər. Çar generalları kimi böyük şöhrət qazanmış Cəfərqulu ağa Bakıxanov, Əsəd bəy Talışxanov, Hüseyn xan Naxçıvanski, Həsən bəy Ağalarov, Balakişi bəy Ərəblinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digərlərini göstərmək olar.