IRobot xəritədə

IRobot

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 AZ1000 *** 2 səs

IRobot haqqında

Amerikan şirkəti olan “İROBOT Corporation” – insanların həyatını dəyişdirən robotların istehsalçısıdır. ROBOTLAR insan həyatı üçün təhlükəli olan işlərdə onu əvəz edir. İşlərin görülməsinə sərf ediən vaxta qənaet edir. Məsələn, robotlar okean dibini və başqa plaetləri tədqiq edir. Bir çox sahələri saymaq olar ki, tədqiqat və xilas etmə sahələrində İrobot Koorporasiyasının robotları tətbiq olunur. Nəhayət, bütün bunların içərisində həmişə xanımların və bəzən də kişilərin vaxtını alan cansıxıcı bir iş də var ki, bu da evlərdə görülən təmizlik işləridir. İROBOT Korporasiyasının əsası 1990-cı ildə qoyulmuşdur. Başlanğıcda şirkətin fəaliyyəti ABŞ-ın hərbi sifarişlərini və NASSA-nın kosmik proqramlarının gerçəkləşdirilməsinə yönəldilmişdir. Hal-hazırda İROBOT robot texnikası seqmentində liderdir. Onun Massaçutsi (Kembric ABŞ) Texnoloji İnstitutunda elmi-texniki tədqiqat bazası və bir çox ölkələrdə yığma zavodları vardır. İROBOT-un bütün elmi-texniki tədqiqatları Massaçutsi Texnoloji İnstitutunun laboratoriyalarında həyata keçirilir. Şirkətin baş ofisləri Betford və Vaşinqtonda yerləşir, lakin Avropa müştərilərinə xidmət göstərmək məqsədilə İRobot London ofisi açılmışdır. Böyük iş təcrübəsi, xüsusi təyinatlı robotların ixtirası, güclü tədqiqat bazası, robot texnikası sahəsində güclü mütəxəssislər, yeni modellərin axtarışı şirkətin müvəffəqiyyətinin əsasını təşkil edir. Bütün məhsullar zavodun laboratoriyasında sınaqdan keçirilir. Məhsulların keyfiyyəti İSO -9001 Avropa Sertifikatına cavab verir. Bu gün artıq 10 milyondan çox insan ev robotlarına sahibdir və bu robotlardan çox məmnundurlar.

Robot tozsoran Azərbaycanda

Artıq Bakıda və ölkəmizin bölgələrində İrobot Roomba, Scooba, eləcə də Braava alıcılar tərəfindən yüksək qiymətləndirmişdir. Çox gözəl miniatür dizaynı və yüksək texnoloji imkanları ilə hər kəsi heyran qoyan bu robotları Siz də evinizdə görməyə şad olacaqsınız!İ Robot Azərbaycan bazarında 2010-cu ildən fəaliyyət göstərməyə başlanmışdır.
Robotlar evinizdəki heç bir əşyaya və materiala zərər gətirmədən bütün növ döşəmələri – parket, taxta, laminat, daş döşəmə, xalça, kilim və s. hər cür zibil, toz, tük, allergenlərdən azad edir. İRobot Roomba – tozsoran robota ən bahalı döşəmə və xalçalarınızı etibar edə bilərsiniz. Çünki Roomba heç bir zərər yetirmədən işini mükəmməl görür.

Irobot Roomba, İrobot Scooba, İrobot Braava nəm və quru yığışdıran robotları

Roomba, Scooba, Braava – intellektual AWARE sistemi sayəsində heç bir proqramlaşdırmaya və müdaxiləyə ehtiyac olmadan özü üçün optimal marşrut seçir. Döşəmədə çıxan hər hansı maneəni çevik şəkildə dəf edərək işinə davam edir. Roomba evinizdə və iş yerinizdə çox yer tutmur və şəbəkəyə qoşulmadan kabelsiz işləyir. Akkumlyatoru iki saat işləməyə yetərlidir. Müstəqil şəkildə təkrar enerji dolumu üçün bazaya dönür. Bu yeni texnikadan istifadə gündəlik həyatınızın bir hissəsi olaraq təmizlik problemini həll etməklə vaxtınıza, gücünüzə qənaət edir və Siz enerjinizi daha vacib işlərə sərf edirsiniz.