İqlim Elmi-İstehsalat Müəssisəsi xəritədə

İqlim Elmi-İstehsalat Müəssisəsi

Bakı, Buzovna qəsəbəsi, keçid 1349 AZ1000 *** 1 səs

İqlim Elmi-İstehsalat Müəssisəsi haqqında

“İQLİM” Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında “Bakı İqlim Qurğular zavodu” adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur.1961 – zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.1970 – zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu – aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və “Azərbaycan-4” məişət kondisionerləri.

İqlim Elmi-İstehsalat Müəssisəsinin fəaliyyəti

1974 – Bakı maşınqayırma zavodunun, onun filialının və “Nauka” (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb.1978 – BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub.1992 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, “İqlim” Bakı Aviasiya İstehsalat Birliyi (“İqlim” BAİB) olub.1993-cü ildən 2005-cı ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.2006-cı ildən “İqlim” Elmi-İstehsal Müəssisəsi kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır.İqlim” Elmi-İstehsalat Müəssisəsi Azərbaycanda aviasiya texnikası istehsalı üzrə ixtisaslaşmış müəssisədir.“İqlim” EİM-in istehsalat fəaliyyəti aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir

Aviasiya texnikasına xidmət edən aerodrom ləvazimatlarının işlənməsi və hazırlanması:

  • təyyarə və vertolyotlar üçün kabinələrinin həcmi – 50 m³ və 250m³  500m³ -dək olan aerodrom kondisionerləri;
  • uçuş heyəti üçün kondisionerlər;
  • aşağı təzyiqli kompressorlar.

Bort aviasiya texnikası aqreqatlarının istehsalı:

  • təyyarələrin hava kondisiyalaşdırma sistemlərinin rütubət və su ayırıcıları;
  • təyyarələrin və aviasiya mühərriklərinin hidrosistemlərinin istilik mübadiləedicisi və yanacaq-yağ radiatorları;
  • hava kondisiyalaşdırma sistemlərinin hava-hava radiatorları;
  • Mürəkkəb qeyri-standart avadanlıqların layihələndirilməsi və istehsalı
  • Alət və texnoloji avadanlıq istehsalı;
  • Xalq təlabatı məhsullarının və mülki təyinatlı məhsulların istehsalı.