Beynəlxalq Valyuta Fondu xəritədə

Beynəlxalq Valyuta Fondu

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 83 AZ1022 *** 2 səs

Beynəlxalq Valyuta Fondu haqqında

1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Nyu Hempşir əyalətində qurulan və 1947-ci ildə faktiki olaraq fəaliyyətə başlayan Beynəlxalq Valyuta Fondu beynəlxalq iqtisadi sahədə fəaliyyət göstərir. BVF Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış agentliyidir, lakin özünün nizamnaməsi, idarə strukturu və büdcəsi var. Hal- hazırda BVF-nin 186 üzvü var. BVF-nin üzvləri, fondda qlobal iqtisadiyyatdakı paylarına uyğun olaraq kvota sistemi ilə təmsil edilirlər. BVF qlobal inkişaf və iqtisadi sabitliyə nail olmaq məqsədilə fəaliyyət göstərir. BVF öz üzvlərinə həm iqtisadiyyat siyasəti ilə bağlı məsləhət verir, maliyyə yardımı ilə təmin edir və inkişaf etməkdə olan ölkələrlə işləyərək onlara makroiqtisadi sabitliyə nail olmaq və yoxsulluğu aradan qaldırmaq məqsədilə yardım göstərir.

Azərbaycanın BVF ilə əməkdaşlığı

Azərbaycan BVF ilə 1992-ci il sentyabrın 18-dən əməkdaşlıq edir. İndiyədək BVF Azərbaycan Respublikasına altı proqram çərçivəsində kredit ayırıb, lakin 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq məsləhətləşmələr səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kreditin alınmasından imtina edib. BVF tərəfindən ‎Azərbaycan hökumətinə təqdim edilən kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər ‎il gecikdirilmədən ödənilir. Odur ki, bu müddət ərzində Azərbaycan hökuməti ilə BVF ‎arasında səmərəli əməkdaşlıq münasibətləri formalaşıb. Bu fakt isə Azərbaycan ‎iqtisadiyyatının dinamik inkişaf mexanizminə malik olmasından xəbər verir. BVF-nin Azərbaycan hökuməti ilə danışıqlarında ölkədə sənayenin inkişaf ‎etdirilməsi, dövlət banklarının özəlləşdirilməsi, su və enerji təchizatı problemlərinin ‎həlli və bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar, ‎neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək, Neft Fondunun ‎fəaliyyətində şəffaflıq və sair istiqamətlər prioritet təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa böyük önəm verib. Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun direktoru Kamdessu 12 mart 1996-cı ildə Heydər Əliyevlə görüşüb və danışıqlar aparıb. Görüşdən sonra birgə mətbuat konfransında Heydər Əliyev danışıqların Azərbaycan Respublikası ilə Beynəlxalq Valyuta Fondunun gələcək əməkdaşlığına həsr olunduğunu, Beynəlxalq Valyuta Fondunun dünyanın ən böyük maliyyə mərkəzi olduğunu bildirib. O bildirib ki, BVF Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda struktur dəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün kreditlərlə maliyyə yardımı edir.