International Language School - ILS xəritədə

International Language School - ILS

Bakı, Səbail rayonu, Xaqani küçəsi, 42 AZ1000 *** 1 səs

International Language School - ILS haqqında

ILS ( International Language School) tələbələrinə yüksək keyfiyyətli xarici dil kursları təklif edən bir məktəbdir. Burada Ümumi İngilis dili kursları və Biznes İngilis dili kursları, IELTS imtahana hazırlıq kursları, o cümlədən, Alman, Fransız, İspan, Rus və Azərbaycan dili kursları tədris olunur. Mərkəzimizdə siz həmçinin tərcümə xidməti, xaricdə təhsil məsləhətçiləri və xaricdə təhsil proqramlarından yararlana bilərsiniz.Tələbələrin rahatlığı üçün mərkəzimizdə hər cür şərait var, boş vaxtlarında onlar komputer otaqlarında pulsuz internetdən, audio disklərdən və s. yararlana bilərlər.

Missiyamız

ILS olaraq bizim missiyamız xarici dil kursları və xaricdə təhsil proqramları vasitəsiylə müştərilərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Bunun üçün də biz ən son yenilikləri izləyir və ən müasir texnologiyalardan yararlanırıq.ILS dil məktəbində fəaliyyət göstərən işçi heyəti yüksək ixtisaslı, uzun müddət yerli və xarici şirkətlərdə çalışmış əcnəbi və yerli müəllimlərdən ibarətdir.

Üstünlüklərimiz

  • Yüksək ixtisaslı müəllimlər
  • Tələbələrin ən müasir metodik vəsaitlərlə təmin olunması
  • Münasib qiymət
  • Hər tələbəyə fərdi yanaşma
  • Verilən təhsilə görə tam zəmanət

ILS-də (International Language School) Ümumi, Biznes, Akademik İngilis dili və İmtahana hazırlıq kursları, o cümlədən Alman, İspan,Fransız, Rus və Azərbaycan dilləri tədris olunur.