Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).
Beynəlxalq Qırmızı Xaç Komitəsi — xüsusi xeyriyyə təşkilatdir, 1863-cü ildə İsveçrədə yaradılmışdır.Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Federasiyası — 1919-cu ildə yaradılmışdır. Hazırda 185 ölkənin Milli Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlərini özündə birləşdirir.Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri — hər bir ölkədə özünə məxsus təşkilatdır.Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə regionda ilk olaraq yaradılmışdır.
Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə regionda ilk olaraq yaradılmışdır.Solferino kəndində qəddar döyüşlər gedirdi: III Napoleon'un ordusu avstryalıları məğlub edir. Minlərlə yaralı əsgər köməksiz qaldıqlarından döyüş meydanında can verirdi. Yardım müraciətləri göndərilsə də, cavab gəlməmişdi. İsveçrəli Henri Dunant (Anri Dünan) təsadüfən bu səhnəyə tamaşa etməli olur. Dəhşətə gəlmiş bu insan bir şeylər etməyə qərar verir və könüllü kəndlilərlə birlikdə hər iki düşərgənin yaralılarının köməyinə yetişir. Məhz bu hadisə onun həyatını dəyişir.
Belə ki, dörd il sonra müharibə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təşkilatın emblemi İsveçrə bayrağının tərsi olan ağ fonda qırmızı xaç seçilir. 1864-cü ildə Henri Dunant Cenevrədə beynəlxalq tədbir keçirir və burada on altı dövlət vətəndaş və müharibə məhbusları haqqında ümumi qaydaları qəbul edirlər. Bugün Qırmızı Xaç bərabər surətdə bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə sülhü dəstəkləyir.