Beynəlxalq Qırmızı Xaç Komitəsi — xüsusi xeyriyyə təşkilatdir, 1863-cü ildə İsveçrədə yaradılmışdır.Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Federasiyası — 1919-cu ildə yaradılmışdır. Hazırda 185 ölkənin Milli Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlərini özündə birləşdirir.Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri — hər bir ölkədə özünə məxsus təşkilatdır.Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə regionda ilk olaraq yaradılmışdır.Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ilin martın 10-da Azərbaycan Demokratik Respublikasının Müdafiə Naziri əvəzi, general-leytenant Əliazadağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilmişdir.General-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya "Birinci Dünya Müharibəsi" zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olmuşdur.
1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci Dünya Müharibəsi zamanı Cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi olaraq qeyd etmək lazımdır. Bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfəri Səriyyə Talışxanova və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı "Florens Naytingel" medalı ilə təltif edilmişlər.
1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.1994-cü ilin noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Respublikada bu sahədə fəaliyyət göstərən yeganə rəsmi, humanitar təşkilat kimi təsdiq edilmişdir.1995-ci ilin noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cəmiyyətimiz rəsmən tanınmışdır.1995-ci ilin noyabrın 26-da Cəmiyyətimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir.