Nəqliyyatın Intellektual Idarə Olunması Mərkəzi xəritədə

Nəqliyyatın Intellektual Idarə Olunması Mərkəzi

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 AZ1000 *** 1 səs

Nəqliyyatın Intellektual Idarə Olunması Mərkəzi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamının icrası olaraq Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasına başlanılmışdır. 2009-cu ilin aprel ayından binanın tikintisinə, xarici şirkətlərlə əlaqələrin yaradılmasına, Bakı şəhəri üzrə müasir avadanlıqların çatdırılması və quraşdırılmasına dair intensiv işlər aparılmışdır. Real rejimdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (bundan sonra NİİM) 29 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılışdan sonra fəaliyyətə başlamışdır.

Mərkəzin fəaliyyəti

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təhlükəsizliyi, rahatlığı, effektivliyi, çevikliyi və ətraf mühitin qorunmasını təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarəedilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına, qəzaların və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılması və yerinə yetirilməsinə əsaslanır.

Məqsədlərimiz


İctimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılması;
Hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsi;
Nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması;
Nəqliyyat vasitələrindən istifadənin iqtisadi səmərəliliyinin artırılması, enerji resurslarına qənaət və ekoloji durumun yaxşılaşdırılması.

Beləliklə, mərkəzin əsas fəaliyyəti əhalinin yüksək səviyyədə təhlükəsizliyini təmin etmək və paytaxt yollarında onlar üçün rahatlıq yaratmaqdır. Məhz buna görə mərkəzin gündəminə aid olan məsələlər aşağıdakılardır:
nəqliyyat sisteminin təkmilləşdirilməsi
nəqliyyat xidmətlərinin kefiyyətinin yüksəldilməsi
aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi.