Fəlsəfə və Hüquq Institutu xəritədə

Fəlsəfə və Hüquq Institutu

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 AZ1143 *** 1 səs

Fəlsəfə və Hüquq Institutu haqqında

Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945-1950, 1950-1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956-1967-ci illərdə Azərbaycan EA Fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından hal-hazıradək Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir.Bu İnstitutunun təşkili Azərbaycan xalqı və elmi qarşısında misilsiz xidmətləri olan akademik Heydər Hüseynovun adı ilə qırılmaz surətdə bağlıdır.

İnstitutun elmi istiqamətləri

  • I Elmi istiqamət Azərbaycan fəlsəfə tarixi, ictimai-siyasi, mənəvi-psixoloji tərəqqi, sosial idarəetmənin və vətəndaş cəmiyyətinin formalaşması; qlobal etika və milli əxlaq, ideologiya ilə əxlaqın qarşılıqlı münasibətləri, estetika və mədəniyyət, idrakın, təbiətşünaslığın, qloballaşmanın və informasiya cəmiyyətinin fəlsəfi problemlərini əhatə edir;
  • II istiqamət Azərbaycanda demokratik hüquqi dövlətin formalaşması məsələlərini;
  • III istiqamət isə Azərbaycanda beynəlxalq münasibətlər sistemini və ölkədaxili siyasi prosesləri əhatə edir.

Fəlsəfə və Hüquq İnstitutunun fəaliyyəti

İnstitutun fəaliyyətinin başlıca məqsədi- Azərbaycan xalqının mənəvi mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə, siyasət və hüquq elmlərinin aktual problemlərinə dair aparılmış elmi tədqiqatların nəticələrini elmi əsərlər kimi nəşr etdirməkdir.İnstitutun fəaliyyət göstərdiyi 5 il ərzində onun əməkdaşları elm aləmində yaxşı qiymətləndirilən 180 monoqrafiya, bundan başqa xeyli toplu, kitabçalar eləcə də dərs vəsaitləri hazırlamış və nəşr etdirmişlər.İnstitutda hazırda çalışan 294 nəfərdən, 25-si elmlər doktoru, 97-si elmlər namizədidir.20-dən çox ixtisas üzrə institutun doktoranturasında 40 aspirant və 100 dissertant, o cümlədən 51 xarici vətəndaş təhsil alır.Hal-hazırda İnstitutda 12 elmi şöbə fəaliyyət göstərir.

İnstitutun xarici əlaqələri

İnstitutun əməkdaşları Rusiya, Qazaxıstan, Almaniya, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda fəal iştirak edirlər.İnstitut Azərbaycan MEA Rəyasət Heyətinin, Milli Elm Assosiasiyası və Respublika Elm Fondunun təsis etdikləri “Şərq Fəlsəfəsi Problemləri” adlı elmi jurnal çap etdirir. Jurnalın redaksiya heyəti və redaksiya şurası islam regionu fəlsəfəsinin ənənələri və müasir nailiyyətləri ilə elmi ictimaiyyəti və geniş oxucu kütləsini tanış etməyi öz qarşısına məqsəd qoymuşdur. Jurnalın redaktoru f.e.d. Z.Ə.Quluzadədir.

Azərbaycan, Tatarıstan, Türkmənistan, Türkiyə, İran, Qazaxıstan, Rusiya, Fransa, Tacikistan və Özbəkistan alimlərindən ibarət olan redaksiya heyətinin səmərəli fəaliyyəti nəticəsində indiyə kimi jurnalın 13 nömrəsi işıq üzü görmüşdür.Bundan başqa İnstitutda «Fəlsəfə», «Elmi əsərlər» adlı jurnallar da nəşr edilir.Son illər ərzində İnstitutun xarici ölkələrlə elmi əlaqələri xeyli genişlənmişdir. Belə ki, Rusiya, İran İslam Respublikası, Türkiyə, Ukrayna, Qazaxıstan, Misir, Belarus Respublikası ilə elmi əməkdaşlıq genişlənməkdədir.