1923-cü ildə Azərbaycanı tədqiq və Tətəbbə Cəmiyyəti yaradıldı. Bu cəmiyyət başqa problemlərlə yanaşı, Azərbaycanın tarixi, arxeologiyası və etnoqrafiyasının tədqiqi ilə də məşğul olurdu. Elmi kadrların artması ilə əlaqədar olaraq 1929-cu ildə Cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edildi və onun tərikibində tarix-etnoqrafiya şöbəsi yaradıldı. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradıldıqdan sonra həmin şöbə müstəqil sektor kimi SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin tərkibinə daxil edildi.
1936-cı ildə həmin sektorun bazasında SSRİ EA Azərbaycan filialı nəzdində müstəqil Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil olundu. SSRİ EA Azərbaycan filialında müstəqil Tarix İnstitutu isə 1940-cı ildən fəaliyyətə başladı. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu onun tərkibinə daxil edildi. Sonradan Tarix İnstitutu Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna çevrildi. 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra İnstitutun əvvəlki adı özünə qaytarıldı.
1997-2003-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümü 7-cildlik Azərbaycan tarixinin I, II, III, IV, V, VI cildlərini, "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900-1917-ci illər)", "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il. 1991-2000", "Bərdə şəhərinin tarixi (b.e.ə III əsr - b.e. XVIII əsri)", "Quba tarixi" və s. göstərmək olar.
2004-2011-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemləırini əks etdirən 300 yaxın monaqrafiya və kitab, 1500 dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri "Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan və rus dillərində), “Türklərə qarşı erməni terrorizmi” (ingilis dilində), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (ingilis və rus dillərində), “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”.