Coğrafiya Institutu xəritədə

Coğrafiya Institutu

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 AZ1143 *** 2 səs

Coğrafiya Institutu haqqında

Akad. H.Əliyev adına Coğrafiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılır ə bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri оlan Azərbaycan coğrafiya məktəbinin əsası gоyulur, coğrafiya elmi üzünün təsvir funksiyasını başa vurur, Azərbaycanda coğrafiya elmi üzrə sistemli tədqiqatlar başlanır. I.V. Fiqurоvski, H.Ə. Əliyev, R.V. Kоvalyоv və H.B. Əliyev kimi görkəmli alimlərin rəhbərlik etdiyi bu sektorun səkkiz illik fəaliyyətində tədqiqatlar fiziki və iqtisadi coğrafiya, torpaq coğrafiyası, xəritəçilik, seysmоlоgiya və astrоnоmiya üzrə aparılmışdır. Coğrafiya sektoru Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin «Respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırması haqqında» 1925-ci il tarixdə verdiyi qərar əsasında yaradılmışdı.

İnsitutun tarixi haqqında

1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–1950-cı illərdə iqlimşünaslıq və qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır.

1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır. Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17 mövzuda elmi tədqiqat işləri aparılır, əməkdaşların sayı 250 nəfərə çatır. Onlardan 2 nəfəri akademik, iki nəfəri müxbir üzv, 13 nəfəri elmlər doktoru və professor, 60 nəfəri isə elmlər namizədidir. İnstitutda elmi kadrlar hazırlayan aspirantura şöbəsi vardır. 1960-cı ildən institutda ixtisaslaşdırılmış Müdafiə Elmi Şurası fəaliyyət göstərir.

Coğrafiya İnstitutunun əsas fəaliyyət istiqamətləri

  • Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların tədqiqi, onların ekocoğrafi xüsusiyyətləri, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin coğrafi problemləri
  • Azərbaycan Respublikasının konstruktiv və regional coğrafi problemləri
  • Azərbaycan Respublikasında səhralaşma prosesləri
  • Xəzər dənizinin hidrometeorologiyası və səviyyəsinin dəyişməsi problemi
  • Xəzər dənizi sahillərinin gemorfologiyası və dinamikası
  • Xəzər dənizində çirkləndiricilərin yayılmasının modelləşdirilməsi, ekocoğrafiyasının tədqiqi.