Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir.Keçmiş SSRI-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə Kuybışev adına AzETNEI-də fəaliyyət göstərən və akad.Ə.M.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılmışdır. Bu kollektivin apardığı fundamental və tətbiqi tədqiqatlar SSRI-də keyfiyyətli aşqarların yaradılmasının və sənaye istehsalının təməlini qoymuşdur.
Sürtkü yağlarının donma temperaturunu aşağı salan АзНИИ-depressatoru, АзНИИ-4, АзНИИ-5 və АзНИИ-6 yuyucu-dispersiyaedici aşqarları və АзНИИ-СИАТИМ-1 çoxfunksiyalı alkilfenol aşqarı keçmiş SSRI-də yaradılmış və istehsalı təşkil edilmiş ilk aşqarlardır.Ə.M.Quliyev və əməkdaşları 1948-ci ildə АзНИИ-depressatoru aşqarının yaradılması və sənayedə tətbiqinə görə SSRI Dövlət mükafatına layiq görüldülər.АзНИИ-4 aşqarının istehsal texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə görə Ə.M.Quliyev və digər müəlliflər 1950-ci ildə ikinci dəfə SSRI Dövlət mükafatı laureatı adına layiq görüldülər.
Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRI-nin görkəmli alimlərinin təklifinə əsasən yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə ölkəmizdə ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası Institutu (AEA AKI) yaradıldı.Аkаd. Ə.M.Quliyev İnstitutun təməlini qоymuş, оnun təşkilаtçısı və 1987-ci ilə qədər fаsiləsiz direktоru оlmuşdur.1987-ci ildən İnstitutа Ə.M.Quliyevin yetişdirmələrindən biri, аkаdemik V.M.Fərzəliyev rəhbərlik edir.