Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937-1941), professor Şıxbala Əliyev (1941-1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov(1943-1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949-1967), akademik İzzət Orucova (1967-1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971-1983) rəhbərlik etmiş, 1983-1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmiş, 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur.
Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun yaradılması
1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır.İnstitutda SSRİ EA-nın müxbir üzvləri Simon Roqinski, Viktor Qutırya, akademiklər Murtuza Nağıyev, Həbibulla Şahtaxtinski, Soltan Mehdiyev, Bahadur Zeynalov, Azərbaycan SSR EA-nın müxbir üzvləri Məmməd Mövsümzadə,Bilal Dadaşov,Vsevolod Neqreyev və s. görkəmli alimlər işləmişlər. Sonralar İnstitutda akademik Ramiz Rizayev, müxbir üzvlərdən Zülfüqar Zülfüqarov, Telman Qurbanov, Xudu Məmmədov,Paşa Rüstəmov, Əli Nuriyev, Əjdər Məcidov, Mübariz Əhmədov, Yuriy Litvişkov və b. aparılan elmi tədqiqatları müvəffəqiyyətlə inkişaf etdirmiş və Institut respublikadan kənarda tanınan elmi mərkəzə çevrilmişdir.
Aparılan elmi-tədqiqat işlərindən əldə edilən əsas nailiyyətlər
- respublikanın mineral və neft-lay sularında, müxtəlif tip süxurlarda nadir və radioaktiv elementlərin yayılma qanunauyğunluqları öyrənilmiş, Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemi işlənib hazırlanmış, Böyük Qafqazın cənub yamaclarında tapılmış kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katedağ və s.) geokimyası öyrənilmişdir;
- neft-su-süxur üçlü heterogen sistemlərdə mikroelementlərin paylanması və onların mineral neft-lay və dəniz sularından sorbsiya mexanizmi öyrənilmişdir. Neft mədənlərində neft-plast suları–süxur sistemində nadir və radioaktiv elementlərin paylanması tədqiq edilərək, onların miqrasiyası, səpələnməsi və toplanmasının qanunauyğunluqları müəyyən edilmişdir;
- alunit filizinin mövcud emalı texnologiyasının təkmilləşdirilməsi nəticəsində iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təmiz olan texnoloji proses işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. Zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları işlənib hazırlanmışdır;
- polimetal sulfid filizinin bir neçə variantda kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır ki, bu sxem filizin tərkibində olan makroelementlərlə (dəmir, kükürd, mis, sink, qurğuşun) yanaşı bir çox nadir və qiymətli metalların çıxarılmasına imkan yaradır;
- Daşkəsən dəmir filizini və titan maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə poladəritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyinə malik qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, xrom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılması texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır;
- neft emalından birbaşa alınan və yaxud sintez olunan səmərəli ekstragentlər (naften turşuları və onların törəmələri) aşkar edilmiş, işlənilmiş sənaye məhsullarından yüksək keyfiyyətli mis kuporosu və nikel-sulfat alınmasının texnologiyası təcrübi-sənaye qurğusunda sınaqdan keçirilmiş, nadir-torpaq elementlərinin selektiv çıxarılması və bir sıra duzların təmizlənməsinə imkan verən ekstraksiya üsulları təklif olunmuşdur
İnstitutda hazırda bir neçə elmi istiqamət və problemlər üzrə elmi tədqiqatlar aparılır:
- katalizin fundamental əsaslarının inkişaf etdirilməsi;
- karbohidrogenlərinçevrilməsi,qazkimyasıvəətrafmühitinqorunmasıüçünsəmə- rəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması;
- kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi,modelləşdirilməsi və optimallaşdırılması;
- müxtəliftəyinatlıfunksionalmaterialların,nanokompozitlərin,molekulyarmaqnetik-lərin və keçiricilərin sintezi;
- yerlimineralxammalınemalvəpraktikiəhəmiyyətliqeyri-üzvibirləşmələrin alınması üçün səmərəli proseslərin yaradılması.