Arxeologiya və Etnoqrafiya Institutu xəritədə

Arxeologiya və Etnoqrafiya Institutu

Bakı, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 AZ1143 *** 1 səs

Arxeologiya və Etnoqrafiya Institutu haqqında

Arxeologiya və Etnoqrafiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: tarix elmləri doktoru, Maisə Nurbala qızı Rəhimovadır.Təşkilatın əsas fəaliyyət istiqamətləri arxeologiya, etnoqrafiya, numizmatika, epiqrafika, antropologiya, etnososiologiya, etnopolitologiya sahəsində elmi tədqiqatların təşkili və əlaqələndirilməsidir.Bir sıra arxeoloji-etnoqrafik elmi ekspedisiyalar təşkil edilmiş, əldə edilmiş çöl materialları sistemləşdirilmiş, üzərində kameral iş aparılıb. Onların əsasında fundamental əsərlər yazılmışdır:

  • Azərbaycanlılar
  • Azərbaycan arxeologiyası
  • Azərbaycan etnoqrafiyası
  • Azərbaycanın epiqrafik abidələri
  • Azərbaycan numizmatikası

Bir sıra beynəlxalq elmi konfranslar və simpoziumlar

  • Qafqaz almanları-almanlar Qafqazda birinci dünya müharibəsinə qədər
  • Qafqazın arxeologiya və etnoqrafiyası
  • Qafqazın dağ yəhudiləri

Azərbaycanda arxeoloji etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş illik elmi sessiyalar təşkil edilib və keçirilib.