Inoksan haqqında
“İnokservis” şirkətinin əsası 1996 – cı ildə qoyulmuşdur, restoranlar, kafe, mehmanxanalar, mağazalar, kimyəvi təmizləmə, camaşırxanalar - ictimai qida binaları üçün nəzərdə tutulan sənaye mətbəx və ticarət avadanlıqları bazarında uğurlu fəaliyyət göstərir. Şirkət yüksək texnoloji avadanlıqların tam təchizi üzrə böyük imkanlara malikdir. Bu üstünlüyü sayəsində, 1997 – ci ildən etibarən “İnokservis” “İnoksan” türk təşkilatının rəsmi distribyutorudur. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə birlikdə, şirkətin fəaliyyəti də inkişaf edir və onun dilerlik şəbəkəsi genişlənir. Belə ki, bu gün şirkət Azərbaycanda "Hisar", "Desmon", "Kronus", "Porland", "Gokcelik", "Kutahya" kimi şirkətlərin rəsmi nümayəndəliyidir. Seçilən idarəçilik strategiyası bazarda şirkətin inkişafında əks olunur. Bu sgtrategiya işçilər üçün təlimlər, tikinti, interyer dizayn, layihələndirməni də daxil etməklə, bir çox işlərin tez və professional səviyyədə işlənib hazırlanmasına imkan verir. “İnokservis” şirkəti öz kadrlarının ixtisaslı təlimləndirilməsinin nəticəsi olaraq, yüksək professionalizmi və yüksək xidməti özündə ifadə edir. Bizim fəaliyyətimiz ISO 2001 standartlarının bütün göstərişlərinə uyğun gəlir. Avadanlığın istehsalçılar tərəfindən təlimləşdirilmiş şirkətin kadrlarının professionallığı onların işdə böyük uğurlar əldə etməsinə səbəb olur. Mehmanxanaların, restoranların, istirahət zonalarının avadanlıqla təchizi layihələrinin qurulmasında onların iştirakı uzun müddətli təcrübələrindən irəli gəlir. Bakıda tam mağazalar şəbəkəsi, eyni zamanda 1500 kv. m ərazini əhatə edən sərgi salonları fəaliyyət göstərir. “İnokservis” yalnız yerli şirkətlərlə deyil, xarici şirkətlərlə də partnyorluq və əməkdaşlığı aktiv inkişaf etdirən azərbaycan şirkətlərindən biridir. BƏƏ – də “İnoksan” şirkətinin nümayəndiliyi 2007 – ci ildə açılmışdır. Onun fəaliyyəti professional təyinatlı mətbəx avadanlıqlarının satışı sahəsini əhatə edir. Nümyəndəliyin əhatə etdiyi sahə 240 kv. m – dir. Öz marketinq strategiyası sayəsində şirkət Yaxın Şərq dövlətlərinin bazarında uğurla iştirak edir. Daim dinamik inkişafı şirkətin Azərbaycan bazarında mövqeyini daha da qüvvətləndirir və öz biznes sahəsində regionun tam liderinə çevrilməsinə yardım edir. Təklif olunan məhsulun keyfiyyəti ISO 9001 dünya standartına tam cavab verir. Şirkətin məhsul çeşidlərinə yalnız professional təyinatlı mətbəx avadanlıqları deyil, eyni zamanda PORLAND, Kutahya Porselen, HISAR dünyaca məşhur brendlərinin sifarişlə hazırlanan qabları daxildir. “İnoksan” şirkətinin əsas prinsipi yüksək keyfiyyətli xidmətdən ibarətdir. Şirkət öz müştərilərinə “açarla təhvil” avadanlıqlarının quraşdırılmasını, ticarət – xidmət obyektlərinin dizayn layihələrinin işlənib hazırlanmasını, mağazaların, kafelərin, barların, restoranların avadanlıqla təchiz olunması üzrə tam xidmətlər paketini təklif edir. Məhsulların alışına zəmanət öhdəliyi daxildir və tam texniki xidmətlər ilə müşaiyət olunur.