Innovation Technical & Construction Services xəritədə

Innovation Technical & Construction Services

Bakı, Xətai rayonu, Xocalı prospekti, 55 AZ1025 *** 1 səs

Innovation Technical & Construction Services haqqında

"ITCS" əsasən neft və qaz sənayesi üçün nəzərdə tutulmuş xüsusi elektrik və mexaniki servisləri təmin edir. Təchizat Şöbəsi. "ITCS" sürətli və effektli şəkildə münasib qiymətlər və həmçinin yerli və beynəlxalq bazardan demək olar ki bütün növ materialların alınması imkanını təmin edən xüsusi təchizat departamentinə malikdir. Biz satın almanın planlaşdırılmasını, materiallrın fakturasını, təchizat, saxlanma, nəql etmə müddətlərini və gğmrük rəsmiləşdirilməsi üzrə xidmətləri muxtar servis və ya fərdi paket qismində təmin edə bilərik.

Avadanlığın təchizatı və xidmət

Biz dünyanın aparıcı istehsalçılarından avadanlığın və materialların yüksək keyfiyyətini təmin edirik. Biz öz anbarlarımızda məhsulların geniş assortimentini qoruyub saxlayırıq və müştərilərimizi dərhal lazımi materiallarla təchiz edirik. Biz həmçinin əl alətlərindən tutmuş generatora qədər istənilən avadanlığın qısa və ya uzun müddətli icarəyə verə bilərik. Sifarişçinin işçi heyətinin təhlükəsizliyi üçün bütün avadanlıqlar göndərilməzdən əvvəl yoxlanılır və sertifikatlaşdırılır. Biz aşağıda göstərilən istehsalçıların distribyutoruyuq: "PHOENIX CONTACT", "CROMWELL", "TENG TOOLS", "PAMUKKALE KABLO". SƏNƏDLƏRƏ NƏZARƏT VƏ LAYİHƏ XİDMƏTLƏRİ. Bizim resurslar Sifarişçini ilkin layihələşdirmədən layihənin tam dizaynına qədər təmin edə bilər.

İTCS - dən texniki həllər

"ITCS" elektrik və mexaniki sahələrdə texniki həllərin geniş spektrini təqdim edir. Bu xidmətlər işin layihələşdirmənin konseptual mərhələsindən istismara verilməsinə qədər olan bütün aspektləri nəzərə alınmaqla həyata keçirilir. DƏSTƏK. Əgər Sizə layihələrin planlaşdırılması, idarə olunması kimi QOST standartlarla kömək lazımdırsa və texniki servis üzrə Təlimata ehtiyacınız yaranarsa, biz hər zaman Sizi təchiz edə bilərik. QHSE. Təhlükəsizlik müştərilərim və bizim üçün öncül əhəmiyyət kəsb edir. "ITCS" əməkdaşları olaraq, biz hamımız travmaların, zəif sağlamlığın və ətraf mühitə zərər riskini minimuma endirmək üçün şəxsən etməli olduğumuz töhfələri yüksək qiymətləndiririk. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün biz qarşımıza “sıfır itirilmiş vaxt” məqsədini qoymuşuq.

"ITCS" bütün iş yerlərində həyata keçirilən HSE siyasətini tətbiq etmişdir. Vəzifələr dəqiq müəyyənləşdirilib və hər kəs onların əhəmiyyətini dərk edərək, onları həyata keçirir. Bu siyasət hər il əsas məqsəd və vəzifələrin göstərildiyi şirkət planının dərc olunması ilə birgə yenilənir. Öz növbəsində, hər bir layihə üçün təhlükəsizliyin, idarə olunmasının xüsusi planı və bu layihənin şərtləri və tələbatları üçün xarakterik məqsəd və vəzifələri işlənib hazırlanır. "ITCS" bizim müştərilərimizə müəyyən olunmuş müddətlərdə yüksək xidmət səviyyəsini təqdim etməyə və inteqarasiya edilmiş QHSE sisteminin beynəlxalq standartlara uyğun şəkildə qorunub saxlanılmasını öz üzərinə götürür.