Inkoel xəritədə

Inkoel

Bakı, Yasamal rayonu, C. Həmidov küçəsi, 31 A AZ1011 *** 0 səs

Inkoel haqqında

“İNKOEL” şirkətində yüksək ixtisaslı texniklər və mühəndislər çalışır ki, onlar tədqiqatdan, tapşırıqların dəqiq ifadə olunması, layihələrin hazırlanmasından tutmuş, nizamlama, istismara verilmə, xidmət, istismar zamanı məsləhətlərə kimi açar təhvili avtomatlaşdırma layihələrinin bütün mərhələlərini həyata keçirmək iqtidarındadırlar. İşçilər üçün şirkətdə elə bir atmosfer yaradılmışdır ki, onlar bu atmosferdə qarşılıqlı inam əsasında qürurla işləyirlər. “INKOEL” – də açıq əlaqələrin qurulması məqsədlərin əldə olunmasını təmin edən uzun müddətli imkanların inkişafına imkan verir. Şirkətin fəaliyyəti müştərilərin maraqlarından və tələbatlarından irəli gəlir, müştərilərin gözləntiləri heç zaman puç olmur. Bizim biznes – partnyorlarımız tərəfindən texniki dəstək innovasiyalı layihələrin icrası üçün əlverişli şəraitlər yaradır. Şirkətin mühəndisləri təklif olunan məhsullar və xidmətlər sahəsində yüksək ixtisaslıdırlar. “İNKOEL” Azərbaycanda, Gürcüstanda və Türkmənistanda istehsal prosesinin avtomatlaşdırılması sahəsində həll yollarının təchizi ilə məşğuldur. Bu gün şirkətin əsas tapşırıqlarından biri, keyfiyyətli məhsul və xidmətləri ilə, ixtisaslı mütəxəssislərinin əməyi vasitəsi ilə qafqaz bazarında liderliyin əldə olunması və öz mövqeyinin qüvvətləndirilməsidir. 2010 – cu ildən, şirkət Beynəlxalq Standart ISO 9001 uyğunluq sertifikatını əldə etmişdir. Bundan başqa, “INKOEL” Azərbaycanda Amerika Ticarət – Sənaye Palatasının üzvüdür.