ANAS İnstitute of İnformation Technology, Training - İnnovation Center on map

ANAS İnstitute of İnformation Technology, Training - İnnovation Center

Baku, Yasamal district, Bakhtiyar Vahabzade street, 9A AZ1141 *** 1 voted

About ANAS İnstitute of İnformation Technology, Training - İnnovation Center

 

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Müəllimlərimiz institutun elmi işçiləri və informasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssislərdir.

 

Mərkəzin əsas fəaliyyət istiqamətləri:

 

  •  Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələrə ümumi fənnlərin tədrisi və imtahanların qəbulu;
  •  Proqramlaşdırma kursları (Python, C++, C#, Java, Asp.net, Html/CSS və s.);
  •  Magistraturaya hazırlıq kursları (İnformatika, Məntiq, Xarici dil);
  •  Dövlət qulluğuna hazırlıq (İnformatika);
  •  Kompüter istifadəçisi kursları (MS Windows 10, MS Word 2016, MS Excel 2016, MS PowerPoint 2016, MS Access 2016 və s.);
  •  Müəllimlər üçün kurslar (elektron lövhə, e-resursların hazırlanması);
  •  Muhasibatlıq (1C);
  • Kompüter istifadəçisinə dəstək kursları (HelpDesk);
  •  Qrafiki proqramlar üzrə kurslar (Adobe Photoshop, Corel Draw, AutoCAD).

 

SERTİFİKATLAŞDIRMA:

 

Qeyd olunan proqramlar üzrə biliklərin (harada öyrənməsindən asılı olmayaraq) sertifikatlaşdırılması həyata keçirilir. Vətəndaşın və ya kurs rəhbərinin müraciəti əsasında imtahan təşkil edilir və imtahandan keçənlərə institutun sertifikatı verilir. Biliklərin yoxlanılması proqramdan asılı olaraq elektron test üsulu ilə və ya ənənəvi üsulla aparılır. Regionlarda yerləşən Kompüter kurslarına metodiki dəstək göstərilir və imtahanlar bu kursların fəaliyyət göstərdiyi yerdə (şəhər və rayonda) təşkil edilir.

 

Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.

 

MADDİ-TEXNİKİ TƏMİNATIMIZ:

 

  •  Mərkəz 60-a yaxın müasir tipli kompüter, proyektor, çap qurğusu və digər texniki avadanlıqlarla təmin olunub;
  •  Bütün kompüterlərin İnternetə fasiləsiz çıxışı var;
  •  Bütün dərs otaqlarında interaktiv elektron lövhələr quraşdırılıb;
  •  Dərslərin keyfiyyətinə nəzarət üçün videonəzarət sistemi mövcuddur;
  •  Mərkəzin daxili televiziyası fəaliyyət göstərir.

 

ƏSAS NAİLİYYƏTLƏRİMİZ:

 

  •  2003-2019-cu illər ərzində respublika üzrə bütün elm və təhsil müəssisələrinin doktorant və dissertantları üçün informatika fənnindən kurslar təşkil edilmiş və imtahan qəbul olunmuşdur. Bu kurs və imtahanlarda 20 min nəfərə yaxın doktorant və dissertant iştirak etmişdir;
  •  Naxçıvan MR-da, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara İnformatika fənni distant üsulla tədris olunmuşdur;
  •  Bir sıra nazirlik, komitə və müəssisələrin (AR Auditorlar Palatası, AR Müdafiə Sənayesi Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AzərTAC, AR Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Sağlam ailə” Tibb Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Kolleci və s.) əməkdaşları üçün müxtəlif proqramlar üzrə kurslar təşkil edilmişdir;
  •  Müxtəlif illərdə mərkəzin əməkdaşları tərəfindən respublikanın bir sıra rayonlarında (Goranboy, Tərtər, Qax, Ağstafa, Göyçay, Astara və s.) ümumtəhsil məktəblərinin müəllimləri üçün kompüter kursları təşkil olunmuşdur;
  •  Vətəndaşların kompüter savadının artırılması məqsədi ilə həyata keçirilən innovativ layihə çərçivəsində 2008-ci ildə “İTV” kanalı, 2010-2011-ci illərdə isə “Günaz.tv” peyk televiziyası vasitəsi ilə tele-dərslər keçilmişdir;
  •  Mərkəz H.Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 2007-ci ildən başlayaraq hər il keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın təşkilində yaxından iştirak edir və qaliblərin beynəlxalq olimpiadaya hazırlaşdırılmasına dəstək göstərir;
  •  Bir sıra rayonlarda (Qazax, Ağstafa, Mingəçevir, Şirvan, Hacıqabul, İsmayıllı, Qax, Balakən, Şəki, Zaqatala və s.) yerləşən Kompüter Tədrisi Mərkəzlərinə metodiki dəstək göstərilmiş, eyni zamanda həmin mərkəzlərdə tədris alan 2000 nəfərə yaxın dinləyicinin bilikləri sertifikatlaşdırılmışdır;
  •  Mərkəzin innovativ layihəsi çərçivəsində 2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları” kursu tədris edilmişdir;
  •  AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli “Wikipedia ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərarına əsasən yaradılmış Wiki-Mərkəz tərəfindən wiki-kurslar tədris olunur.