Infocard xəritədə

Infocard

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 21 AZ1000 *** 2 səs

Infocard haqqında

Pulsuz reklam vizitkaları, bukletlərin, kataloqların və açıqcaların yayılma Sistemi Kompakt və uzunmüddətli reklam infocard – reklam xarakterli vizitka və açıqcaların hazırlanması və yayılması xidmətini təklif edən şirkətdir. İnfocard stendləri şəhərimizin ən gediş gəlişli və məşhur əyləncə, sağlamlıq, biznes mərkəzlərində və başqa nöqtələrində yerləşdiriləcək. Hər bir obyektdə yüksək alıcılıq qabiliyyəti və aktiv təbəqədən olan çox saylı şəxslərin olması gözlənilir. Stendlər şəhərin ən məşhur nöqtələrində yerləşdirildiklərinə görə, hər bir müştəri girişdə və çıxışda üzərində məhsul və ya xidmət barəsində məlumat yerləşdirilən açıqcaları götürə biləcək. Reklam yayılmasının bu növünün ən böyük üstünlüyü, açıqcaların reklamın qıcıqlandırmayan növü olmasıdır. Bu reklamın elə bir formasıdır ki müştəri özü onu seçir.Bu açıqcalara toxunmaq xoşdur, onları özündə saxlamaq və hətta kiməsə hədiyyə vermək, divardan asmaq və ya poçtla göndərmək olar. İnfocard – hər zaman müsbət emosiyalar bəxş edən reklam daşıyıcısıdır. Ekskluziv və əlvan dizayn hər bir kəsin diqqətini cəlb edəcək, hətta əvvəl reklam edilən məhsul və ya xidmətə maraqlanmayan şəxslər də bu stendlərə diqqət yetirəcəklər.

"İnfocard"-ın əlavə xidmətləri:

  • Dizaynın işlənib hazırlanması
  • Çap işləri İnfocard şirkətinin mütəxəssisləri kartların hazırlanması və yayılması ilə bağlı sizin bütün təkliflərinizi nəzərə alacaq və reklamın daha da səmərəli olması üçün öz qeyri-standart təkliflərini verəcəklər.

İnfocard şirkəti bizim stendlərin yerləşdiriləcəyi təşkilatlara aşağıdakı güzəştli şərtləri təklif edir:

  • Şirkətin hesabına öz müştərilərinə hədiyyələr etmək (açıqcalar şəklində)
  • Edilən reklamdan gəlir əldə etmək
  • Bizim stendlərdə reklam yerləşdirilməsi zamanı endirimlər (10%-ə qədər) əldə etmək
  • Öz müştərilərinə bu yeni xidmət növünü tamamilə pulsuz şəkildə təklif etmək
  • Bizim agentlər tərəfindən pulsuz şəkildə reklam edilən və bütün müştərilərə stendin yerləşdiyi ünvan barəsində məlumat verilən elitar müəssisələr siyahısına düşmək Stendlərin yerləşdirildiyi yerlər əhalinin aktiv və alıcılıq qabiliyyəti yüksək olan təbəqəsinin çox olduğu ictimai yerlərin seçilməsi prinsipinə əsasən seçilir.


İnfocard şirkəti reklam məlumatının potensial müştəri və istehlakçıya çatdırılmasının ən effektiv və qabaqcıl metodlarından biridir, belə ki, o hər bir insanın şəxsi səviyyəsində öz təsirini göstərir. Uzunmüddətli və qarşılıqlı əməkdaşlıq etməyə hər zaman hazırıq.