Biz uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmağa çalışırıq.Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək!” prinsipinə inanaraq, uşaqların özlərini tanımaq və ifadə etmək, həmçinin uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradırıq.
Bağçada tədris qrupları
- Kiçik Yaş Qrupu – 2 yaşdan 3 yaşadək rus və azərbaycan dilli qrup
- Orta Yaş Qrupu – 3 yaşdan 4 yaşadək rus və azərbaycan dilli qrup
- Böyük Yaş Qrupu – 4 yaşdan 5 yaşadək rus və azərbaycan dilli qrup
- Məktəbə Hazırlıq Qrupu – 5 yaşdan 6 yaşadək rus və azərbaycan dilli qrup
- Qarışıq Yaş Qrupu – 4 yaşdan 6 yaşadək ingilis dilli qrup
- Məşğələlər 15 – 20 nəfərlik qruplarda keçirilir.
- Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir.
- Bağçada uşaq psixoloqu və loqoped, masaj xidmətləri də mövcuddur.
Bağçada tətbiq edilən proqramlar və xidmətlər
- Məktəbə Hazırlıq və Savad Təlimi Proqramı – Oxu (bədii ədəbiyyat üzrə iş), Yazı (hərflər üzrə iş), Say (sadə riyazi təsəvvürlərin inkişafı), Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələri ilə tanışlıq), Məntiqi Oyunlar
- İnkişaf Etdirici Proqram – Rəsm, Kəsib-yapışdırma (Kağız İşi), Quraşdırma (Konstruksiya və Puzzle), Gil işi, Nəğmə, Rəqs, Gimnastika və Aerobika, Şahmat Klubu, Teatr Klubu, Yoqa, Bədən tərbiyəsi
- Xarici Dil Proqramı – İngilis Dili, Rus dili, Danışıq Klubu
- Əyləncə Proqramı – Film Klubu, Nağıl Saatı, Kukla Teatrı, Müxtəlif tədbirlər, Gəzinti
- Mədəni – Estetik Proqram – Nitq Mədəniyyəti, Süfrə Mədəniyyəti, Davranış Mədəniyyəti
- Fərdi İnkişaf Proqramı - Qiymətləndirmə, İnkişaf Planı, Rüblük Yoxlamalar və Hesabat
- İstirahət və Qidalanma – Səhər Yeməyi, Meyvə Saatı, Nahar, Şirniyyat Saatı, Şam Yeməyi, Yuxu Saatı
- Xidmət Sahələri – Psixoloq, Loqoped, Massaj, Pediatr, Kloun, Şənliklərin Təşkili
İş Qrafiki
- Biz həftənin 6 günü 8:00 – dan 19:00 – dək fəaliyyət göstəririk.
- Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 11:00 – Şirniyyat Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Meyvə Vaxtı, 17:00 – Axşam Yeməyi təmin edilir.
- Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir.
- Bağçada məşğələlər gündəlik 5 dəfə olmaqla təşkil edilir.
Bizim üstünlüklərimiz
- Online izləmə
- Nəqliyyat xidməti
- Gündə 5 dəfə məşğələ və qidalanma
- Hər qrupda 3 nəfərin – tərbiyəçi, müəllimə və dayənin iş aparması
- Xarici dil tədrisi və inkişaf etdirici proqramlar
- Uşaqların ehtiyaclarına fərdi yanaşma
- Professional işçi heyəti
- İşçi heyətinin davamlı yoxlanılması və təkmilləşdirilməsi
- Xüsusi istilik və havalandırma sistemi
- Xüsusi təhlükəsizlik tədbirləri
- Yüksək keyfiyyətli və zövqlü təmir
- Keyfiyyətli və standartlara cavab verən tədris ləvazimatları
- Keyfiyyətli və standartlara cavab verən ərzaq məsulları
- Gündəlik tibbi nəzarət və həftəlik tibbi yoxlama