Inam Aptek Avtovağzal xəritədə

Inam Aptek Avtovağzal

Bakı, Biləcəri qəsəbəsi, Binəqədi rayonu AZ1000 *** 3 səs

Inam Aptek Avtovağzal haqqında

Fəaliyyətimizə 2001ci ilin noyabr ayında İnam Aptek adı altında başlamışıq. İlk gündən bu günə qədər öz müştərilərimizi daima keyfiyyətli məhsullarla təmin etməyi qarşımıza məqsəd qoymuş və hər keçən gün bu missiyanı uğurla həyata keçirtməkdə davam edirik.Alıcılarımızı yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək üçün Qafqazın ən böyük dərman idxalçıları sayılan Avromed Company MMC və Zeytun MMC ilə tərəfdaşlıq edərək öz fəaliyyətimizi daha da genişləndirmişik. Belə ki qeyd etdiyimiz əməkdaşlıqlar nəticəsində müştərilərimizə təklif etdiyimiz dərman çeşidlərini zənginləşdirmiş və professional, xüsusi kvalifikasiya keçmiş və gülərüz əczaçı personalı ilə əhaliyə olan xidmətimizin keyfiyyətini daha da inkişaf etdirmişik.

Inam Aptekin fəaliyyəti

Apteklərimizdə sizlərə AsFarma, Pasha-K, Atropatena, Planeta, Velqa, ProFarma, Kesheli, RowaLux, Tetrada, MedHouse və s. kimi iri dərman firmalarının dərman çeşidləri, Sebamed, Vesna firmaların kimi tibbi kosmetik vasitələri, Hipp, Humana, Aptamil, Friso, Nutrilon, Similac, Nutrilak, BebeDor, BebeNeo, Campol, SweetBaby kimi tanınmış firmaların uşaq qida və ləvazimatları, A&D, Citizen kimi firmaların tibbi cihaz və avadanlıqları təqdim olunur.

Fəaliyyətimiz yalnız bunlarla yekunlaşmır. Optika sahəsində də qabaqcıl firmalarla əməkdaşlığımızı davam etdiririk. Öz müştərilərimizə Ben.X, Eartier, BVLGARI, Gucci, Dunhill, Dior, RayBan kimi brendlərin günəş eynəklərini, Zeiss, Freshlook, Elegance, Bosh&Lomb kimi markaların optik və kosmetik linzalarını təqdim etməklə yanaşı sizin sifarişləriniz əsasında istəyinizə uyğun xidmətlər də göstəririk. Bundan əlavə optika şöbələrimizdə tam pulsuz olaraq gözlərinizi optik müayinə etdirə və istəyinizə uyğun eynəkləri hazırlatdıra bilərsiniz. Eynəklərin hazırlanmasında Fransanın tanınmış VisionArt eynək linzalarından və Ben.X, Venus, Axelle, RayBan, Tomford və s. kimi markaların optik çərçivələrindən istifadə olunur. VisionArt Fransız markası olub əsas istehsal fabriki Ankarada yerləşir. Bu şüşələrin istehsalında amerikan xam maddəsi və fransız texnologiyasından istifadə olunur.

Apteklərimizdə idman qida əlavələrinin satışı da təşkil olunur. Belə ki Olimp, Z-Koncept, Dymatize, Optimum Nutrition, Universal, Ultimate Nutrition, Muscletech və s. kimi firmaların müxtəlif idman qida əlavələri, amin turşu, protein, geyner və s. məhsularını sizlərə təqdim edirik. Qeyd edək ki satışını təşkil etdiyimiz idman qida əlavələri Səhiyyə Nazirliyi tərəfindən tam sertifikatlaşdırılıb.Əlavə olaraq apteklərimizdə tibbi kostyum, xalat və uniformaların satışları da təşkil olunur. Müştərilərimizə Türkiyənin Monotip, M.F.Pro və s. kimi firmalarının tibbi geyim vasitələrini təklif edir, əgər model və ya ölçülərdə xüsusi təklifləriniz varsa sizdən götürdüyümüz sifarişlər əsasında istəklərinizi həyata keçiririk.

İnam Aptekin göstərdiyi xidmətlər

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi