İmişli Rayonu İcra Hakimiyyəti xəritədə

İmişli Rayonu İcra Hakimiyyəti

Məmməd Əsədov küçəsi, İmişli, 3 AZ3000 *** 0 səs

İmişli Rayonu İcra Hakimiyyəti haqqında

İmişli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi İmişli şəhəridir.Rаyоnun ərаzisi 1890 kv.km. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаrdır.Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə qərbdən İran dövləti ilə həmsərhəddir.
Bakı şəhərindən 220 km məsafədə yerləşir.Imişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür.

İmişli rayonunun tarixi

1930-cu il avqust ayında Qaradonlu rayonu təşkil olunur. Hələ Çar Rusiyası dövründə qurulmuş Qaradonlu Cavad qəzasına daxil idi. Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol olması, məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusəndə bitkiçiliyin inkişafına səbəb olmuşdur. Hələ Oktyabr inqilabından əvvəlki dövrdə ərazidə geniş meliorasiya işləri aparılmış, irriqasiya işləri aparılmış və intensiv suvarılan bitkiçiliyin əsası qoyulmuşdur. 1906-cı ildə Qaradonluda ilk məktəb fəaliyyətə başlamışdır və həmçinin ərazidə çoxlu sayda yaşayış evləri, karvansaralar, dəyirmanlar və dükanlar var idi.

1933-cü ildə isə Qaradonlu maşın-traktor zavodunun əsası qoyulmuşdur. Ələt-Mincivan dəmiryolunun çəklişi nəticəsində əhalinin rayon mərkəzindən dəmiryolu stansiyası olan əraziyə cəmlənməsi başlandı. Bu məqsədlə İmişli kəndi ilə Qaradonlu kəndi arasında 2 mərtəbəli kərpic bina tikildi beləliklə rayon mərkəzi buraya köçürüldü və rayon İmişli rayonu adlandırılmağa başlandı. Həmin dövrdə ərazi meşələr və kolluqlarla örtülü idi. Lakin insanlar ərazidə təmizləmə işlərini aparıb burada binalar ucaltmağa və küçələr salmağa başladılar. İmişli kəndi rayon mərkəzi olaraq sürətlə genişlənməyə başlandı. Kəndə çoxlu sayda ekspluatasiya binaları tikildi və kəndin gönünüşü təmamilə dəyişildi.

1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər statusunu aldı. 1959-cu ildə Araz çayı üzərində indiki Bəhrəmtəpə ərazisində o vaxtlar üçün unikal sayılan su qovşağı istifadəyə verildi. Öz başlanğıcını buradan götürən Baş Muğan və Əzizbəyov kanalları nəinki İmişli rayonunun həmçinin Saatlı, Biləsuvar və Sabirabad rayonlarının torpaqlarını su ilə qidalandırır. Həmin illər rayonda həmçinin qum-çınqıl emalatxanaları, dəmir-beton materialları zavodunun əsası qoyuldu. Qaradonlu isə hazırda Muğan düzündəki kəndlərdən biridir.