IELTS xəritədə

IELTS

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 77 AZ1022 *** 1 səs

IELTS haqqında

IELTS dilin qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartlarını ifadə edir. Bu test dörd dil bacarığını yoxlayır – dinləmə, oxuma, yazı və danışıq. IELTS təhsil, immiqrasiya və peşəkar akkreditasiya zamanı ingilis dilində ünsiyyət bacarığını yoxlayan etibarlı və qüvvədə olan testdir.Namizədlər bu imtahanı dünyanın hər tərəfində 900-dən artıq test mərkəzində verə bilərlər. Bu qlobal test keyfiyyət nəzarətinin ən yüksək səviyyəsinə malikdir. IELTS IDP: IELTS Australia, British Council və Cambridge English Language Assessment tərəfindən birgə idarə olunur və 135-dan çox ölkədə 900-dən çox test mərkəzi vasitəsilə çatdırılır.

IDP: IELTS Australia dünyanın aparıcı beynəlxalq təhsil və inkişaf təşkilatlarından biridir və tələbələrin təhsil müəssisələrinə yerləşdirilməsi, ingilis dili təlim və imtahan xidmətləri və dövlət sponsorları adından beynəlxalq yardım layihələrinin idarə edilməsi xidmətlərini təklif edir. IDP Education 1969-cu ildə Avstraliya universitetləri tərəfindən təsis edilmiş və hər hansı digər təşkilatdan daha çox tələbəni Avstraliyanın təhsil müəssisələrinə yerləşdirmişdir.IDP Education öz törəmə müəssisəsi olan IELTS Australia vasitəsilə 30-dan çox ölkədə IELTS test mərkəzlərinin işinə nəzarət edir.

International English Language Testing System Beynəlxalq İngilis Dili Test Sistemidir

IELTS ingilis dili testləri arasında aparıcı mövqeyə malikdir. IELTS-in effektivliyi 1989-cu ildən bəri sübut olunmuşdur. IELTS testinin dizaynı təkmilləşmiş linqvistika, dil pedaqogikası, dilin qiymətləndirilməsi və texnologiyada ən son irəliləyişləri özündə birləşdirir. Bütün bu mütərəqqi dəyişikliklərlə birlikdə, IELTS hər dörd dil bacarığının (oxuma, yazı, dinləmə və danışıq) yoxlanmasına sadiq qalmışdır və bu testlərə üz-üzə danışıq komponenti də daxildir. Bu, IELTS-i digər ingilis dili testlərindən ayıran bir xüsusiyyətdir.

Beynəlxalq yazıçı komandaları IELTS test materiallarına öz töhfələrini verirlər. Davam edən araşdırmalar IELTS-in düzgün və ədalətli olaraq qalmasını – imtahanın nə vaxt və harada götürülməsindən asılı olmayaraq – və IELTS-in millətlər arası müxtəlifliyə hörmət etməsini, həvəsləndirməsini və bunu əks etdirməsini, millətindən, təhsilindən, cinsindən və həyat tərzindən asılı olmayaraq imtahan verən hər kəsə eyni şəkildə ədalətlə davranılmasını təmin edir.Test materiallarının istehsalı prosesinin ciddiliyi hər bir test versiyasının eyni çətinlikdə olmasını təmin edir ki, bu da testin harada və nə vaxt verilməsindən asılı olmayaraq namizədlərin nəticələrinin müqayisə olunmasının düzgünlüyünə təminat verir.

Bugünkü IELTS-in bu və başqa üstünlükləri bizim onilliklərlə davam edən ingilis dilinin yoxlanılması üzrə təcrübəmizə əsaslanır.