İdeal kosmetika və parfümeriya sahəsində fəaliyyət göstərən milli riteylinq və distribyutor şirkətidir. Zirvədə qərarlaşmaq, ora yüksəlməkdən çox-çox çətindir. Ətrafa baxın – gündən günə Sizdən yaxşı olmaq istəyənlərin sayı çoxalır. Gənclik, gözəllik, yeni imkanlar … Lakin … İdeala yalnız yüksək rəqabət şəraitində nail olmaq mümkündür. Çünki bu hər zaman bir addım öndə və o birilərindən bir pillə irəlidə olmaq üçün stimuldur. Biz bunu dərk edirik! Şirkətimiz daima müştərilərə xidmət səviyyəsinin artırılması üzərində çalışır. Biz korporativ menecmentin səviyyəsini yüksəldir və öz fərdi imicimizi formalaşdırırıq. Səbəbi isə ondadır ki, biz mükəmməlik iddiasındayıq. Həyatda əminliklə irəliləmək üçün məqsəd gərəkdir. Bizdə isə o vardır. Hər bir şəxsin adı fərdi olduğu kimi, şirkətin brendi də fərdidir. Məşhur kapitan Vrungeli xatırlayın: «Gəmiyə necə ad versən, o elə də üzəcək». İdeal təkcə Sizin mükkəməl görkəminiz deyildir. Bu, həm də həqiqi peşəkarlığa söykənən dəqiq menecment əsasında qurulan iş prinsipimizdir. Bizim missyamız sadə, məqsədimiz aydın, siyasətimiz isə şəffafdır.
İdeal şirkəti pərakəndə satışla məşğul olduğu üçün bizim başlıca meyarımız Sizin bizə olan münasibətiniz və satılan məhsulların sayıdır. Başlıca məqsədimiz mümkün qədər böyük sayda müştəriləri yalnız çeşid zənginliyi ilə deyil, həm də qiymət müxtəlifliyi ilə cəlb etməkdir. Maliyyə imkanlarınızdan asılı olmayaraq Siz alınan məhsulların optimal seçimini edib, cürbəcür yığım yaratmaq imkanına yiyələnirsiniz. Eyni zamanda tam əmin ola bilərsiniz ki, Siz hər bir halda həqiqətən keyfiyyətli məhsul əldə edirsiniz. Axı bizim başlıca vəzifəmiz ekoloji baxımdan təmiz və sağlam məhsulun irəlilləməsinə yardım etməkdir. Artıq bu gün biz Sizə geniş çeşidli məhsullar təklif edirik. Bura parfümeriya və kosmetika ilə yanaşı, həm də alt qadın paltarı daxildir.
Ona nail olmaq üçün imicimiz üzərində işləmək tələb olunur. Biz qəti şəkildə əminik ki, haqqımızdakı rəy imicimizin təməlidir. Müştərilərə diqqətli, xeyirxah münasibət, təklif olunan məhsulların bütün çeşidi üzrə ətraflı biliklər, ticarət məkanlarının vahid bədii tərtibatı, işçi heyətinin yekcins geyim tərzi, müxtəlif PR və promouşn tədbirləri şirkətimizin imicinin formalaşdırılmasında əsaslı rol oynayırlar. Biz durmadan tanınan milli brendin yaradılması uğrunda işləyirik.