IDAS xəritədə

IDAS

Bakı, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014 AZ1000 *** 1 səs

IDAS haqqında

"IDAS LLC" – şirkəti rəsmi olaraq, Azərbaycanda “İcom İnc.” Böyük Yapon şirkətinin dilerliyi ilə məşğuldur. Şirkətin fəaliyyəti geniş həcmdə radio avadanlıqlarının istehsalından ibarətdir. Bu avadanlıqlar öz müstəsna yapon keyfiyyəti və etibarlılığı ilə fərqlənirlər. “İcom İnc.” Radio avadanlıqlarından HF və VHF diapazonlarında aviasiya radiostansiyalarında (bort, stasionar, əl, avtomobil), HF, UHF və VHF diapazonlu sputnik radiostansiyalarında (bort, stasionar, partlayışa qarşı davamlı əl və avtomobil), MR-1200TII, MR-1200TIII, MR-1200RII dəniz radarlarında və HF və VHF dəniz radiostansiyalarında (bort, stasionar, partlayışa qarşı davamlı əl və avtomobil), UHF və VHF diapazonlu rəqəmsal radiostansiyalarda (bort, stasionar, partlayışa qarşı davamlı əl və avtomobil), radio həvəskarı olan HF, UHF və VHF diapazonlu radio stansiyalarında (avtomobil, stasionar və əl) istifadə olunur. Avadanlıqların təchizi və montajından başqa, “İDAS LLC” yüksək səviyyədə zəmanət və zəmanətdən sonrakı xidmətləri həyata keçirir, şirkət tərəfindən göstərilən konsaltinq xidmətləri isə istehsal olunan bütün radio avadanlıq çeşidlərini, həmçinin sifarişçi şirkətin işçilərinin alətin istismarı üzrə təlimləndirilməsini əhatə edir. Müştəri tərəfindən sifariş olunan konkret avadanlıq müvafiq sertifikatlar ilə tərəflər arasında razılaşdırılmış vaxtda təchiz olunur, eyni zamanda zəmanət rəsmiləşdirilir. “İDAS LLC” şirkətinin fəaliyyət sahəsi bütün Azərbaycanı əhatə edir. Lazımi avadanlıqların təchizi, dövlətin bir çox regionlarında şirkətin anbarının olduğuna görə maksimum qısa müddətdə baş verir. “IDAS LLC” – yə müraciət etməklə, Siz əlverişli şərtlərlə avadanlıqlar əldə edəcəksiniz: yüksək olayan qiymətlərə yüksək keyfiyyət əldə edəcəksiniz.