IB Club xəritədə

IB Club

Bakı, Səbail rayonu, Akademik Həsən Abdullayev küçəsi, 3/1A AZ1000 *** 5 səs

IB Club haqqında

IB Club” Gənclərin İnkişaf Mərkəzi 6 Mart 2010-cu ildən fəaliyyət göstərməkdədir. Ölkədə bu formatda fəaliyyətə başlayan ilk gənclər mərkəzi olaraq fəaliyyət göstərdiyimiz 6 ilə yaxın müddətdə gənclərimizə faydalı olmağı özümüzə məqsəd olaraq seçmişik. IB Club hal-hazırda 10 000-dən çox gənci ətrafında birləşdirməklə Azərbaycanın ən böyük gənclər klubudur. Mərkəzin əsas missiyası “Öyrən, Əylən, Yaşa” olub bu istiqamətdə fəaliyyətini genişləndirməkdədir.

“IB Club” şərait yaradır:

  • Özünüzə inam qazanasınız
  • Özünüzü test edəsiniz
  • Əhatənizi genişləndirəsiniz
  • Yeni bacarıq və biliklər qazanasınız
  • FƏRQli gənclik yaşayasınız

“IB CLUB”-a üzv olmaqla qazanacaqlarınız:

1. Danışıq Klubu Günümüzdə gənclərin uğurlu karyeraya sahib ola bilməyi üçün əsas üstünlük verdiyi sahə dil öyrənməkdir. Və səbəbdən, “IB Club” bu sahədə Gənclərin özünü inkişaf etdirmələri üçün Gənclərə dil biliklərini inkişaf etdirmə imkanı yaradıb. Xarici Dillərin, O cümlədən Ingilis, Rus Və Alman dillərinin mükəmməl öyrənilməsi üçün mərkəz mütəmadi olaraq ödənişsiz danışıq klubları təşkil edir.

2. Seminarlar IB Club artıq həftəlik olaraq, müxtəlif sahənin Uğurlu, Peşəkar şəxslərini gənclərlə görüşdürməyə başlamışdır. Belə ki, Gənclər hər həftə müxtəlif sahənin mütəxəssislərindən Şəxsi İnkişaf, Karyera, Biznes, Marketing və digər sahələri əhatə edən seminarları dinləyirlər. IB Club-da seminar keçmiş Şəxslər içərisində Yazıçı Çingiz Abdullayev, Elxan Elatlı, Marketoloq İlkin Manafov, Rafiq Vəliyev, Cəbrayıl Vəliyev, Təlimçi Telman İbrahimov, Şəmsi Bayramzadə, Eyvaz Qocayev, Psixoloqu Hüseyn Xəlilov, Psixoloq Elnur Rüstəmov, Murad İsayev, astroloq Firudin Qurbansoy, Aktyor Fərda Xudaverdiyev kimi məşhurların da adı var...

3. Kitabxana Mərkəz gələcəyi düşünərək gənclərin maarifləndirilməsi üçün hər kəsə faydalı ola biləcək kitabxana yaradıb və bu kitabxana hər gün böyüməyə davam edir. Kitabxanamızda 4 dildə; azərbaycan, ingilis, rus, türk dillərində iqtisadi, bədii, dil səviyyəsinin və şəxsi keyfiyyətlərin inkişafı ilə bağlı kitablar vardır. Üzvlər 15 gün müddətində istədikləri kitabı götürüb oxuya bilərlər. Bununla Gənclərimiz dünya ədəbiyyatı ilə daha yaxından tanış olur, oxuduqları kitabları bir-birləri ilə paylaşaraq kitab oxuma mədəiyyətini inkişaf etdirirlər.

4. Praktika IB Club tərəfindən yaradılan imkan nəticəsində, Klub üzvləri klubun əməkdaşlıq etdiyi şirkətlərdə təcrübə proqramlarında iştirak edir, praktikadan keçirlər. Bu da gənclərin karyera qurmalarında müstəsna rol oynayır. Eyni zamanda “IB Club” İldə 6 dəfə IB Club-da vakansiya elan edir və IB Club Team-i yaradır.

5. Biznes layihələrinizi reallaşdırmaq Mərkəz gənclərin layihələrini, biznes ideyalarını reallaşdırmaq üçün onlara şərait yaradır. Artıq bir çox gənc bu fürsətdən istifadə edib və şəxsi layihələrini reallaşdırmış, bizneslərini qurmuşdur. Eyni zamanda təşəbbüskar gənclərə professional şəkildə öz ideyalarını həyata keçirmələrinə dəstək olmaq üçün müxtəlif mövzulu traininglər keçirilir, komanda görüşləri təşkil edilir.

6. IB Gənclər Məclisi “IB Gənclər Məclisi” uğurlu, fərqli, yenilikçi gənclərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini gənclərlə bölüşə biləcəyi bir məclisdir.Bu Məclisdə balaca bir uğurla həyatına rəng qatmış, bir bacarığı ilə böyük uğurlar qazanmış Gənclər tanınır. Bu Məclis yenilikçi, fərqli gənclərin məkanıdır. “IB Gənclər Məclisi” il ərzində 3 dəfə həyata keçirilməklə, gənclərin inkişafı üçün fürsətlər yaradır. Məclis bir IB Club Məhsuludur. “IB Gənclər Məclisi”nin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyəti formalaşdırmaq və uğurlu gəncləri tanıtmaqla gənclər sektoruna töhfə verməkdir.

7. Əyləncə tədbirləri:

  • Movie days
  • Mafia Oyunları
  • İntellektual Oyunlar
  • Gəzintilər-Kamplar
  • Party-lər

8. Xaricdə Təhsil, Work & Travel Gəncin İstədiyi Hər şeyi özündə birləşdirən “IB Club”, Onların xaricdə təhsillə bağlı arzularını həyata keçirmək üçün də bir sıra əməkdaşlıqlar edir. IB Clubun yeni tərəfdaşları KARYA INTERNATIONAL EDUCATION və OXFORD HOUSE COLLEGE ilə birgə layihəmiz sayəsində “IB Club” ZƏMANƏTİ və ETİBARI ilə xaricdə təhsil artıq sadəcə ARZU və XƏYAL olmayacaq!!!

9. Endirimlər Üzvlərimiz “IB Club” kartları vasitəsilə şəhərimizin müxtəlif kafe, restoran və əyləncə mərkəzlərində endirimlər əldə edə bilirlər. Siz də “IB Club” kartınızla Fərqlənin! İnkişaf Etmək, əylənərək öyrənmək istəyən hər bir gənc “IB Club” üzvü olaraq xidmətlərimizdən yararlana bilər. Üzv olmaq üçün "IB Club" kartı əldə etməyiniz lazımdı. "IB Club" kartının 1 illik ödənişi 40 AZNdir.